Cocuq Mərcanlıdan Şuşaya doğru qrupu Könüllüləri ilə növbəti görüş keçirilib

” Cocuq Mərcanlıdan Şuşaya doğru” Könüllülərinin 2 ci böyük görüşü oldu “Xocalı Soyqırımını Tanıtma”ictimai birliyin nəzdində fəaliyyət göstərən sosial şəbəkələrdə “Cocuq Mərcanlıdan Şuşaya doğru” qrupunu yaratmışlar.

Xocalı faciəsindən Birliyin sədri, “Ana Harayı” qəzetinin bas redaktoru Şamil Sabiroğlu qonaqları salamladı. Respublikamızın ərazi bűtövlűyű uğrunda gedən döyűşlər zamani şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad edildi . Birliyin sədri söz açaraq bildirib ki, erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca amansızlıqla qətlə yetirilib, 487 nəfər şikəst olub, 1275 dinc sakin əsir götürülüb, 155 nəfərin taleyi isə hələ də məlum deyildir.

Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini itirib. “Xocalı faciəsi 200 ilə yaxın bir müddətdə erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı apardığı etnik təmizləmə və soyqırımı siyasətinin davamıdır. Soyqırımı zamanı 56 nəfər xüsusi qəddarlıqla öldürülüb, 3 nəfər diri-diri yandırılıb, başlarının dərisi soyulub, bədən əzaları və başları kəsilib, gözləri çıxarılıb, hamilə qadınların qarnı süngü ilə yarılıbdır. Bu əməllərin qabaqcadan düşünülmüş qaydada, milli əlamətinə görə insanların tamamilə və ya qismən məhv edilməsi niyyəti ilə törədilməsi Xocalı faciəsinin beynəlxalq hüquqa əsasən məhz soyqırımı olduğunu təsdiq edir” . Birliyin Gənclər departamentinin sədr müavini Nicat Müslümov yeni layihə haqqında məlumat verdi. Bildirdi ki,”Cocuq Mərcanlıdan-Şuşaya doğru” adlı könüllülər qrupu ictimai əsaslarından fəaliyyət göstərəcək. Məqsəd Xocalı soyqırımının tanınmasında gənclərin aktivliyinə nail olmaqdan ibarətdir. Qrupun 2 mindən artıq izləyicisi var və onların sayı gündən-günə artır. O deyib ki, Böyük Britaniya, İspaniya, Fransa, Almaniya və digər ölkələrin vətəndaşları da izləyicilər sırasındadır: “Bütün soydaşlarımızı qrupda aktiv fəaliyyətə çağırıram. Müxtəlif dillərdə statuslar yazaraq, Cocuq Mərcanlıdan-Şuşaya doğru” adlı qrup , Azərbaycanı təbliğ etməliyik. Biz gənclər prezident İlham Əliyevin yanında sıx birləşəcəyik. Düşünürəm ki, bu oyunların keçirilməsi həm Azərbaycanın piarıdır, həm də Dağlıq Qarabağ probleminin həllinə öz töhfəsini verəcək”. Məqsəd Xocalı soyqırımının tanınmasında gənclərin aktivliyinə nail olmaqdan ibarətdir.

Xocalı rayon icra hakimiyyətinin məsul əməkdası Xəlil Vəliyev vurğulayıb. O da qeyd edilib ki, həmin gecə baş verənlər təkcə Azərbaycan xalqına qarşı soyqırımı deyildi, bəşəriyyətə, insanlığa qarşı törədilmiş qanlı cinayət idi. Buna baxmayaraq, o zamankı Azərbaycan hakimiyyəti bu dəhşətli hadisəyə siyasi qiymət verilməsi, qanlı qırğın barədə obyektiv məlumatların dünya ictimaiyyətinə çatdırılması üçün heç bir iş görməmişdi. Yalnız ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gəldikdən sonra bu qanlı faciəyə hüquqi-siyasi qiymət verilib. 1994-cü ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan parlamenti 26 fevralı Xocalı soyqırımı günü kimi elan etmişdir.

Kampaniyanın məqsədi bu faciə barədə dünya ictimaiyyətinə məlumat verməkdir. Xocalı Soyqırımını Tanıtma”ictimai birliyinin Qadınlar Şurasının və Binəqədi rayon şöbəsinin sədri Ayna Allahyarqızı çıxış edərək qeyd edib ki, tədbirin təşkilində əsas məqsəd, bu günün mahiyyətini bir daha aşılamaq, yaddaşlarda həkk etdirməkdir. Tədbirdə çıxış edən gənclər vurğulayıblar ki, Novruz Novruzov, Aydan Məmmədzadə və başqaları çıxış edərək qarşıda duran mühüm vəzifələrdən danışıblar. Respublikamızın müxtəlif bölgələrinin təmsilçiləri Xocalı soyqırımının beynəlxalq səviyyədə tanınması üçün əllərindən gələni edəcəklərini bildiriblər. insanlığa qarşı törədilmiş bu cinayət aktı beynəlxalq aləm tərəfindən öz hüquqi qiymətini almalıdır. Daha sonra gənclərin suallarına cavab verilib

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: