“Cocuqlar Duymasın” serialının “ZeroTuna”sı-Volkan Severcan Azərbaycan Dövlət Musiqili Teatrının qonağı olub.

Qurumun Mətbuat xidmətindən bildirilib ki, bir çox ölkələrədə kifayətqədər populyarlıq qazanan, istedadlı kino və teatr aktyoru, rejissor Volkan Severcan Musiqili Teatrın qonağı olub.

Mötəbər qonağı Azərbaycan Dövlət Musiqili Teatrının direktor müavini Hüseyn Hüseynov qəbul edib. Səmimi və işgüzar şəraitdə keçən görüşdə iki qardaş ölkəarasındakı mədəni əlaqələrdən söhbət açılıb, bir sıra yaradıcı təkliflər səsləndirilib.Daha sonra H. Hüseynov qonağı teatrın  inzibati binasıilə tanış edərək yaranma tarixi, ölkə Prezidenti İlham Əliyevin sərəncamı ilə aparılan möhtəşəm təmir işlərindən sonrakı fəaliyyəti, tamaşaçılar və teatrın kollektivi üçün burada yaradılmış şərait barədə ətraflı məlumat verib.

Azərbaycan tamaşaçılarının “Cocuklar duymasın”,”Çiçək taksi”,“Hababam sınıfı askerde” və digər onlarla məşhur Türkiyə seriallarından yaxşı tanıdığı Volkan Severcan teatrda yaradılmış şəraitin çox yüksək səviyyədə olduğunu bildirib. O, ümumilikdə, Azərbaycan Dövlət Musiqili Teatrının möhtəşəm binasını, həmçinin, müasir dünya standartlarına tam cavab verən  səhnəni görəndən sonra, heyranlığını gizlətməyib və xoş təəssüratlarını dilə gətirib:“Əslində,məndə bu teatrı ziyarət etmək istəyini həmkarım, ünlü sənətçi Tamer Qaradağlı yaratdı. O, keçən il bu sənət məbədini görəndən sonra mənə də Bakıya səfər edəcəyim zaman  yolumu  mütləq Musiqili Teatrdan salmağımı tövsiyyə etdi. Həqiqətən, Musiqili Teatr bir çox cəhətlərinə görə digər xarici ölkələrdəki teatrları ilə müqayisə olunabiləcək səviyyədə geniş yaradıcı və texniki imkanlara malikdir. Mən də, neçə illərdir teatr sahəsində çalışan bir insan kimi arzu edirəm ki, bu əsrarəngiz səhnədə həm rejissor, həm də aktyor kimi bacarığımı nümayiş etdirə bilim. Buralar mənə çox əzizdir, özümü sanki, doğma vətəndə hiss etdim.Zatən, biz bir millət, 2 dövlətik”…

Çoxşaxəli yaradıcılığı, səhnə fəaliyyəti,aktyorluq məharəti,rejissorluğu, eləcə də, dublyaj etdiyi xarici filmlərdəki səs tembri ilətamaşaçıların rəğbətini qazanan Volkan SevercanMusiqili Teatrdan  xoş təəssüratlarla ayrılıb.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: