CinemaMusiqiTəqdimatƏyləncə

Coldplay: A Head Full of Dreams”- eksklüziv olaraq Park Cinema və British Council-dan

British Council məmnuniyyətlə Park Cinema ilə birlikdə bütün dünyada “Coldplay: A Head Full of Dreams”in eksklüziv nümayişini həyata keçirdiyi haqqında məlumat verir.

Noyabrın 14-də bütün dünyada kinoteatrlarda “Coldplay: A Head Full of Dreams” sənədli filminin eksklüziv nümayişi keçiriləcək. İlk dəfə olaraq Azərbaycan tamaşaçıları bütün dünya ilə eyni zamanda eksklüziv materialı izləmək imkanı əldə edəcəklər. Bu imkanı insanlara Park Cinema bəxş edir, daha dəqiq desək, film noyabrın 14-də Bakı vaxtı ilə saat 19:30-da Park Cinema Flame Towers-də nümayiş olunacaq.

“Coldplay: A Head Full Of Dreams” sadə kollec tələbəsi olan gənclərin birinci dərəcəli ulduz olmağa qədər maraqlı yol keçən bir qrupun nadir portretini təqdim edir. Filmdə “Fix You” və “Viva La Vida” kimi məşhur treklərin güclü ifası ilə yanaşı musiqiçilərin dərin dostluğunu və qardaşlığını üzə çıxaran təsirli anlar öz əksini tapır.

Filmin müəllifi 2016-cı ildə “Oasis” haqqında məşhur “Supersonic” filmini çəkən Mat Uaytkrossdur. 90-cı illərdə rejissor London kollecində hələ “Coldplay” qrupunu formalaşdırmazdan əvvəl dörd gənclə tanış olub. Mat Uaytkross musiqiçilərin bütün ilk məşqlərində iştirak edib, onların videoqrafı olub. Rejissor “Paradise”, “A Sky Full Of Stars” və “Adventure Of A Lifetime” daxil olmaqla, qrupun bütün əlamətdar videolarını çəkib. Filmdə Mat Uaytkross “A Head Full Of Dreams” dünya turunun canlı çıxışlarından və pərdəarxası məqamlarının dəyərli çəkilişlərini, habelə kollektivin mövcud olduğu 10 il ərzində lentə alınmış eksklüziv arxiv materiallarını fanatlarla bölüşüb.

“Coldplay: A Head Full Of Dreams” müasir dövrün ən mühüm qrupunun ən dolğun ifadəsidir. Və yalnız noyabrın 14-də dünyada və Bakıda milyonlarla “Coldplay” pərəstişkarının bu filmi böyük ekranlarda izləmək imkanı olacaq.

Biletləri aşağıdakı linklə keçid etməklə əldə etmək olar:

http://parkcinema.az/movies/view/7516/coldplaya-head-full-of-dreams

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!