“Collezione İtalia” şourumunda möhtəşəm endirim kampaniyası

Mənzilin dizaynına ciddi yanaşıldığı bir dövrdə, interyeri hər zaman nəzərdə saxlamaq da vacib amillərdən hesab olunur. Gərgin iş günündən sonra, rahat və gözəl mənzildə istirahətin yerini heç nə vermir!

Bu yaz interyerinizə yeni rənglər qatmağın tam zamanıdır. Çünki özündə 300-dən artıq İtaliya və Avropanın geniş çeşiddə mebel və interyer üçün istənilən məhsulları cəmləşdirən “Collezione İtalia”da möhtəşəm endirim kampaniyası başlayır! “Collezione İtalia” şourumunun fəaliyyətinin bir ili tamam olmaq münasibəti ilə mayın 14-dən iyunun 14-dək bütün məhsullarına 50% endirim kampaniyası başlayır!

Beləliklə, evinizi daha gözəl etmək üçün artıq Avropaya getməyə ehtiyac qalmadı. İtaliya, Almaniya və İspaniya və digər Avropa ölkələrinin aparıcı fabrik və istehsalçilarının bütün brendlərini ən sərfəli qiymətə əldə etmək imkanını indi məhz “Collezione İtalia” sizə təqdim edir!

25000 kv metr ərazidə yerləşən “Collezione İtalia”da 300-dən çox Avropanın əfsanəvi brendlərindən ibarət zəngin kolleksiyalar və dünyanın məşhur dizaynerlərinin interyer həlləri cəmləşib. Burada alıcılara dəbdəbəli klassik barokkodan ekoloji minimalizm olan hay-tek tərzinədək bütün üslublarda mebel və mətbəx nümunələri, santexnika məmulatları, bəzək materialları, divar kağızları, parketlər, qapılar, pəncərələr, pərdələr, işıqlandırma vasitələri, zəngin qab-qacaq dəstlərindən ibarət böyük kolleksiya və ev üçün aksessuarlar təklif edilir. Bu isə alıcılar və dizaynerlər üçün “Collezione İtalia” lüks interyer məkanının eksklüzivliyini və yeni yaradıcılıq axtarışlarına daim açıq olduğunu bir daha göstərir.

Bütün qonaqların həmişə bu brendlərlə yaxından tanış olmaq, hər birini interyerdə görmək, onların dizayn və keyfiyyətini qiymətləndirmək imkanı var. Burada mebel modasının bütün üslub və trendləri: dəbdəbəli klassik barokkodan ekoloji minimalizm olan hay-tek tərzinədək bütün stillər təmsil olunur.

Ünvan: Akademik Hasan Aliyev 139A
Tel: (012) 5681100
Facebook: https://www.facebook.com/CollezioneIt/

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: