CinemaTəqdimat

Con Vik 2 – premyeradan 2 gün öncə Park Cinemada özəl press-nümayiş

Fevral ayının 7 Park Cinema Flame Towers-də bu ayın ən çox gözlənilən filmi “Con Vik-2”-nin pressa üçün xüsusi nümayişi baş tutdu. Filmin baş rolunda Kianu Rivz yer almışdı: «Böyük məmnuniyyətlə yenidən kostyum geyinib və Con Vikin sevimli məşğuliyyətlərinə qayıtdım. Dava, ehtiras və azadlıq uğrunda mübarizə aparan gənclər».

Filmdəki roluna hazırlıq zamanı Kianu Rivz iki tapancadan eyni anda atəş açmaq texnikası üzrə sabiq xüsusi təyinatlı döyüşçülərdən dərslər almışdır. İnternetdə hətta Kianu Rivzin aktyor heyəti ilə birgə poliqonda müxtəlif növ silahlardan atəş açdığı video paylaşılmışdı.

Con Vik vaxtı ilə dünyanın ən yaxşı killeri idi, lakin o sonsuz ölümlərdən usanır və mənəvi rahatlıq axtarışına çıxır. Con işlərindən uzaqlaşır, lakin normal insan həyatından təzəcə həzz alırdı ki, yenidən silahlara üz tutmalı olur. Məsələ burasındadır ki, onun keçmiş həmkarı muzdlu qatilərdən ibarət məxfi qruplaşmaya başçılıq edir və Conun vaxtı ilə verdiyi and onu həmkarının köməyinə yetişməyə vadar edir. Vik dünyanın ən qəddar qatillərindən biri ilə mübarizəyə girməli olacağı Romaya yollanır.

Filim haqda maraqlı faktlar.

-Con Vik haqda hekayə trilogiya hesab olunur. Hazırkı film onun ikinci hissəsidir.-

Filmin çəkilişləri 26 oktyabr 2015-ci ildə Nyu-Yorkda başlamışdır. Çəkilişlər həmçinin Roma (İtaliya) və Monrealda (Kanada) da baş tutmuşdur.-

Film, 2003-cü il “Matritsa: İnqilab” filmindən sonra Lorens Fişbörn və Kianu Rivzin bir araya gəldiyi ilk filimdir.-

Filmin rejissoru Çad Stahelski “Matritsa” trilogiyasında dublyor/kaskadyor qismində çalışmışdır.

“Con Vik-2” Park Cinemanın ekranlarında geniş nümayişə 9 fevral tarixindən etibarən çıxacaq. Film Distribution International və Central Partnership şirkətlərinə nümayişi təşkil etdiklərinə görə təşəkkür edirik. Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!