SosialTəqdimatƏn SonƏn Son

Əhaliyə COVID-19-dan qorunmaq üçün pulsuz maskalar və antiseptik vasitələr təqdim olunacaq

“ASAN Könüllüləri” Təşkilatı və Coca-Cola Fondunun COVID-19 pandemiyası dövründə sosial yardım vəmaarifləndirmə məqsədi ilə həyata keçirdiyi “Birlikdəyik” layihəsi çərçivəsində əhaliyə pulsuz antiseptik vasitələr və maskalar paylanacaq.

Ölkədə karantin rejiminin davam etməsini ve fərdlərin özlərinini qorumasının aktuallığını nəzərə alaraq layihə təşkilatçıları əhaliyə pulsuz anitseptik sprey və maskalardan ibarət şəxsi gigiyena vasitələrini, eləcə də COVID-19 virusundan qorunmaq üçün yaddaş vərəqələrinin paylanmasına başlayıb. Bu məqsədlə “ABAD” publik hüquqi şəxs tərəfindən istehsal olunan 17500 ədəd antiseptik vasitəəhaliyə, o cümlədən, könüllülərə, həkimlərə, pandemiya dövründə iş fəaliyyətini davam edənlərə, eyni zamanda, dövlət xidmətlərinin göstərildiyi məntəqələrdə və vətəndaşların toplaşdığı yerlərdə paylanılacaq.

İlk olaraq şəxsi gigiyena vasitələri və yaddaş vərəqələri “ASAN Könüllüləri” tərəfindən 4 saylı ASAN Xidmət Mərkəzində vətəndaşlara və Mərkəzin əməkdaşlarına paylanılıb. Bu həftə başlayan aksiya İyul ayının sonunda qədər davam edəcək və 10000-dən artıq insanı əhatə edəcək.

Hazırda 4 istiqamət üzrə icra edilən “Birlikdəyik” layihəsi həm aztəminatlı ailələlərəqida yardımlarının çatdırılmasını,maska və antispetik spreylərin paylanılmasını, karantin rejimində çalışan həkimlərə tibbi ləvazimatların təqdim edilməsini eyni zamanda, sosial şəbəkələr vasitəsilə maarifləndirilmə işinin aparılmasını həyata keçirir.

Layihə üzrə ilkin olaraq 20 min şəxsi əhatə edən aztəminatlı ailələrə yardım qutularının paylanılması artıq bir aydır ki,davam edir. Qeyd edək ki, may ayından başlayan bu layihə COVID-19 virusunun yayılmasının qarşısının alınması üçün Coca-Cola Fondu və “ASAN Könüllülər” Təşkilatının əməkdaşlığının nəticəsidir. Aprel ayının əvvəlində “ASAN Könüllüləri” Coca-Cola Azərbaycanın dəstəyi ilə ölkədə karantin rejimində çalışan xəstəxanalar üçün 120,000 su məhsullarının çatdırılmasını təşkil etmişdir.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!