Çövkən Milli Atüstü oyunu üzrə “100 İllik Yubiley Kuboku” turnirinin ¼ final oyunu keçirilib

Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycan Respublikası Atçılıq Federasiyasının təçkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinə həsr  olunmuş Milli Atçılıq Festivalı çərçivəsində 6 iyun 2018-ci il tarixdə Çövkən Milli Atüstü oyunu üzrə “100 illik Yubiley Kuboku” turnirin ən vacib məqamı olan 1/4 final oyunu keçirilib.

Günün ilk oyununda Ağstafa Çövkən komandası Omar Çövkən komandasıyla mübarizə aparıb. Omar komandası Ağstafa komandasını  2-0 hesabı ilə məğlub edib.

Günün ikinci oyununda isə Buta Golden Çövkən komandası Ağcabədi Çövkən komandasını qarşılayıb. Komandalar arasında gedən gərgin mübarizə 2-1 hesabı ilə Buta Golden komandasınn xeyrinə başa çatdı.

Beləliklə, 7 iyun 2018-ci il tarixdə keçiriləcək yarımfinal oyununda final üçün mübarizə aparacaq komandalar müəyyən olundu. 6 iyun 2018-ci il  tarixdə saat 11:00-da Polad Çövkən Komandası Omar Çövkən komandası ilə üz-üzə gələcək. Günün ikinci görüşündə isə Sərhədçi Çövkən komandası Buta Golden Çövkən Komandasını qəbul edəcək. Hər iki oyun Bakı Dövlət Cıdır meydanında  keçiriləcək. Turnirin ümumi mükafat fondu 50000 manatdır.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: