Çövkən Milli Atüstü oyunu üzrə “100 illik Yubiley Kuboku” turnirinin final oyunu keçirilib

9 iyun 2018-ci il tarixdə Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycan Respublikası Atçılıq Federasiyasının təçkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinə həsr  olunmuş Milli Atçılıq Festivalı çərçivəsində Bakı Dövlət Cıdır meydanında  Çövkən Milli Atüstü oyunu üzrə “100 illik Yubiley Kuboku”  turnirinin final oyunu baş tutub. Final oyununda Buta Golden və Polad Çövkən komandaları üçüncülük, Sərhədçi və Omar Çövkən komandaları isə kubok uğrunda mübarizə aparıblar.

Günün ilk oyununda Buta Golden Çövkən Komandası Polad komandası ilə üz-üzə gəlib. Komandalar arasında gərgin gedən mübarizə Polad komandasının xeyrinə 2-1 hesabı ilə başa çatıb və Polad Komandası Çövkən Milli Atüstü oyunu üzrə “100 illik Yubiley Kuboku”  turnirinin üçüncüsü olaraq bürünc medal qazanıb.

 Günün ikinci görüşündə isə 2017-ci ilin ən güclü çövkən yığması və Prezident Kubokunun qalibi adını daşıyan Sərhədçi Çövkən komandası Omar Çövkən Komandasını qəbul edib. Sərhədçi komandası yenə də öz üstünlüyünü qoruyaraq rəqib komandanı 4-0 hesabı ilə məğlub etmişdir. Beləliklə, Çövkən Milli Atüstü oyunu üzrə “100 illik Yubiley Kuboku”  turnirinə Sərhədçi komandasının çempionluğu ilə yekun vurulub.

 Mükafatlandırma mərasimində medalları komandaların üzvlərinə Azərbaycan Respublikası Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev təqdim edib.

Xatırladaq ki, Milli Atçılıq Festivalına 15-17 iyun 2018-ci il tarixlərdə Azərbaycan, Almaniya, İrlan­diya və Hindistan təmsilçisi klubların iştirakı ilə artıq 6-cı dəfə keçiriliəcək Arena Polo üzrə Dünya Kuboku yarışları ilə yekun vurulacaq. 3 gün davam edəcək turnirdə ümumilikdə 6 oyun keçiriləcəkdir. Keçirilən bu görkəmli tədbirdə Azərbaycanı Milli Polo komandasının idman­çılarından ibarət “Elite Horse & Polo Club” komandası təmsil edəcək.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: