CinemaTəqdimatƏyləncə

Çox gözlənilən “Eltilerin Savaşı” türk komediyası “CinemaPlus”da

“CinemaPlus” kinoteatrlar şəbəkəsi çox gözlənilən “Eltilerin Savaşı” komediyasının nümayişinə başlayacaq.

Filmin rejissoru Onur Bilgetay.

Baş rollarda Gupse Özay, Merve Dizdar,Ferit Aktuğvə Uraz Kaygılaroğlu.

“Eltilerin savaşı” filmi iki qaynarvadı olan Sultan və Gizem arasında olan şirin atışmalar və bitməyən rəqabət haqqındadır. Gizem və Sultan iki gənc qadındır. İkili arasında yaşanan balaca çəkişmələr bir müddət sonra şirin bir rəqabətə çevrilir. Bir birilərinin etdiklərindən geri qalmaq istəməyən qaynarvadları özlərini əyləncəli bir müharibənin içinə salırlar. Qardaş olan Selim və Fatih də bir müddər sonra həyat yoldaşları arasında yaşanan bu rəqabətin iştikarçısına çevrilirlər. Sosial media asılılıqları olan Gizem və Sultanın evlilik həyatlarına diqqət çəkən filmdə, iki qaynarvadının yarışından həyat yoldaşları Selim və Fatihin necə təsirləndiklərini görürük.
Film fevralın6-dan etibarən “CinemaPlus” kinoteatrlar şəbəkəsində nümayiş olunacaq.

“CinemaPlus” hər zaman sizə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!