Cüdo üzrə dünya çempionatının ilk gününün yarımfinalçıları müəyyənləşib

Bakıdakı Milli Gimnastika Arenasında keçirilən cüdo üzrə dünya çempionatının ilk gününün yarımfinalçıları müəyyənləşib.

Frame.az xəbər verir ki, 129 ölkədən 800-dən çox cüdoçunun mübarizə apardığı çempionatda kişilər arasında 60 kiloqram çəki dərəcəsində finala gedən yolda gürcüstanlı Amiran Papinaşvili Rusiya təmsilçisi Robert Mşvidobadze ilə, yaponiyalı idmançılar – Naohisa Takato və Ryuju Naqayama üz-üzə gələcəklər.

Qadınlar arasında 48 kiloqram çəkidə yarımfinal mərhələsində ukraynalı Daria Bilodid argentinalı Paula Pareto ilə, Yaponiya təmsilçisi Funa Tonaki isə Monqolustan idmançısı Urantsetseq Munxbat ilə qarşılaşacaq.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: