Cüdoçularımız Elxan Məmmədov və İrina Kindzerska finalda

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının cüdo yarışlarının ikinci günündə Azərbaycanın iki idmançısı finala yüksəlib.

Frame.az xəbər verir ki, mübarizəyə yarımfinal mərhələsindən qoşulan qadın cüdoçumuz İrina Kindzerska (+78 kq) Toqo idmançısı Noeline Essohanam Koronun ardından əlcəzairli Sonya Aselanı da ipponla məğlub edərək həlledici görüşə vəsiqə əldə edib. İdmançımızın finaldakı rəqibi türkiyəli Kayra Sayıt olacaq.

Kişilərin yarışında 100 kiloqram çəkidə çıxış edən sonuncu Avropa çempionu Elxan Məmmədov da finala adlayıb. Yarımfinalda Özbəkistan təmsilçisi Viktor Demyanenko üzərində təmiz qələbə əldə edən atletimiz qızıl medala bir qədər də yaxınlaşıb.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: