Cudoçularımız mükafatlandırıldı

Azərbaycanın 3 cüdoçusunun hər birinə 50 min dollar mükafat verilib.

Orxan Səfərov (60 kq), Rüstəm Orucov (73 kq) və Elmar Qasımov (100 kq) Beynəlxalq Cüdo Federasiyası (İJF) tərəfindən mükafatlandırılıblar.

Onlar yüksək məbləğdə qazancı öz çəki dərəcələri üzrə İJF reytinqində 2016-cı ilin ilk pillədə başa vurduqları üçün əldə ediblər. Qeyd edək ki, ümumilikdə 14 çəki dərəcəsində reytinq siyahısına başçılıq edən 7 kişi və 7 qadın cüdoçu mükafata layiq görülüb.

PƏRVİN BAYRAMOV.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: