Cüdoçularımız növbəti sınaq qarşısında

Bu gün Xorvatiyanın paytaxtdı Zaqrebdə cüdo üzrə Qran-pri turniri başlanır.

Məsul yarışda dünyanın 50-dən çox ölkəsinin 300-dən çox tatami ustası mübarizə aparacaq. Milli komandamız üç günə yekunlaşacaq turnirdə 16 cüdoçu ilə təmsil olunacaq.

Bunlar 60 kiloqram çəki dərəcəsində Mehman Sadıqov və Davud Məmmədsoy, 66 kq-da İlkin Babazadə, 73 kq-da olimpiya mükafatçısı Rüstəm Orucov, həmçinin Elvin Musatafayev, 81 kq çəkidə Afiq Səfərli, 90-da Məmmədəli Mehdiyev və Tural Səfquliyev, 100 kq-da Elxan Məmmədov və Elmar Qasımov, çəkisi 100 kq-dan yuxarı atletlər arasında isə Uşanqi Kokauridir.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: