Idman

Cüdoçumuz Aişə Qurbanlı dünya çempionatında mübarizəni dayandırıb

Bakıda Milli Gimnastika Arenasında keçirilən cüdo üzrə dünya çempionatında Aişə Qurbanlı 1/8 finalda argentinalı idmançı Paula Pareto ilə qarşılaşıb. Görüşdə rəqib qalib gəlib.

Cüdoçumuz dünya çempionatında mübarizəni dayandırıb.

11:31

Bakıda cüdo üzrə dünya çempionatı davam edir.

Frame.az xəbər verir ki, təmsilçimiz Aişə Qurbanlı (48 kq) 1/16 finalda avstraliyalı Karalina Haini ipponla məğlub edib. Cüdoçumuz növbəti mərhələdə argentinalı Paula Pareto ilə qarşılaşacaq.

10:34

Bakıda cüdo üzrə dünya çempionatına start verilib.

Frame.az xəbər verir ki, qadınların yarışında 48 kiloqram çəki dərəcəsində mübarizə aparan Aişə Qurbanlı dünya çempionatına qələbə ilə başlayıb.

Cüdoçumuz niderlandlı rəqibi Amber Gersjesə qalib gələrək növbəti mərhələyə adlayıb. İdmançımızın 1/16 finaldakı rəqibi avstraliyalı Karalina Hain olacaq.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!