Cümhuriyyətin 100 illiyinə həsr olunmuş klip təqdim edilib

Mayın son günlərində Nizami Kino Mərkəzi  Human Foundation qurumunun nəzdində fəaliyyət göstərən Human Deaf Community ilə birgə eşitmə və danışma məhdudiyyətli uşaqlara işarət dilinə tərcümə edilmiş  “Madaqasqar” animasiya filmini  və Araxçın MMC/Deaf Community-nin təşkilatçılığı ilə eşitmə və danışma məhdudiyyətli gənclərə Cümhuriyyətin 100 illiyi ilə bağlı cəkilmiş videoçarxı təqdim edib.

Təqdimatda, eşitmə və danışma məhdudiyyətli uşaqlar, gənclər, valideynlər, “Həyat Fond”unun təsisçisi, xeyriyyəçi Hacı Nuran Hüseynov, “Avrasiya Combat Jiu-Jitsu” Federasiyasının Prezidenti, idman ustası, iqtisadiyyat üzrə fəlsəfə doktoru Aqil Acalov, “Dəstək Olaq Xeyriyyə Təşkilatı”nın rəhbəri Heseynova Aşura, jurnalist Xanlar Mehdiyev iştirak ediblər.

Deaf Community komandasının surdo-tərcuməci və təlimçisi Könül Quliyeva, ssenari müəllifi və videoqrafı isə Əli Xiləlidir. Könül Quliyeva çıxışında, bu layihənin ərsəyə gəlməsində əsas məqsədin eşitmə və danışma məhdudiyyətli gənclərin  öz vətəninə, torpağına bağlılığını,sevgisini bildirmək üçün hec bir məhdudiyyətin olmadığını bildirmək və onların əlləri ilə dedikləri bu vətənpərvərlik duyğularına az da olsa dəstək olduqlarını qeyd edib.

Deaf Community-nin rəhbəri Nuranə Abıyeva, Araxçın MMC direktoru Fatimə Süleymanova  çıxışlarında gələn qonaqlara təşəkkürlərini bildiriblər.

Qonaqların tədbir müddətində deyilənləri rahat başa düşməsi üçün komandanın surdo-tərcüməçi və təlimçisi Şamil Sabirzadə tərəfindən canlı tərcümə edi.

Xatırladaq ki, Azərbaycanda ilk dəfə davamlı olaraq surdotərcüməli filmlər Human Deaf Community-nin  layihəsi əsasında və Nizami Kino Mərkəzinin dəstəyi ilə  təmənnasız nümayiş olunur.

Frame.az

 

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: