Dəcəl Balam Ailə və Uşaq İnkişaf Mərkəzi Ramazan bayramında da uşaqları sevindirdi

Dəcəl Balam Ailə və Uşaq İnkişaf Mərkəzi hər bayramda olduğu kimi Ramazan bayramında da uşaqları sevindirdi. Bu dəfə AAAF PARK Yaşayış Kompleksində yerləşən Limunand Uşaq Əyləncə ilə birgə Ramazan Bayramına həsr olunan “Limulandda Ramazan” konsert proqramı təşkil etdi.

Aparıcılar şairə Ülviyyə Həsənqızı və Şirməmməd Hüseynov tədbirə maraqlı söhbətləri ilə giriş edərək bütün qonaqları salamladı və  Dəcəl Balam Ailə və Uşaq İnkişaf Mərkəzinin rəhbəri Dilşad Musanı qonaqlara daha geniş məlumat vermək üçün səhnəyə dəvət etdilər.

Dilşad xanım öz çıxışında qonaqlarını salamladı , bayramlarını təbrik etdi və Azərbaycan Diabet Liqasının sədri Yeganə xanım Sultanovanı qonaqlara təqdim etdi.

Çıxışlardan sonra konsert proqramı başladı. Bir- birindən gözəl səsi olan müğənnilər  nəğmələri ilə qonaqları, əsasən də uşaqları sevindirdilər.

Sevimli nağıl qəhrəmanları Mickey ve Minnie Mouse uşaqları əyləndirdi.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: