“Dəmirin Yolu” adlı sənədli film təqdim olunacaq

Zəngin və maraqlı film layihələri təqdim edən ARB Aranfilm Yaradıcılıq Mərkəzi bu dəfə Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin 95 illik yubileyi ərəfəsində “Dəmirin Yolu” adlı sənədli film ərsəyə gətirib.

Filmdə Heydər Əliyevin Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin rəhbəri, həmçinin Azərbaycan prezidenti olduğu dövrlərdə dəmiryoluna göstərdiyi diqqət və qayğı, quruculuq işləri öz əksini tapıb. Adətən dövləti dəmir yolu ilə müqayisə edirlər. Dövlət dəmir relslər üzərinə gətirildi ifadəsi də elə buradan qaynaqlanır.

Qeyd edək ki, ilk nümayişi Ümummilli lider Heydər Əliyevin anım günündə ARB televiziyası ilə nümayişi baş tutan “Dəmirin yolu” sənədli filminin ssenari müəllifi və rejissoru Kamran Qasımov, operatorları Habil Yusifli və Rafiq Əliyev, montaj rejissoru Pərviz Səlimov, icraçı prodüseri Nicat Məmmədov, baş prodüseri İqbal Məmmədəliyevdir. “Dəmirin Yolu” filminin məsləhətçisi Xalq artisti Vasif Babayevdir. Filmdə çoxlu sayda foto-kinoxronika materiallarından istifadə edilib.

“Dəmirin Yolu” sənədli filmi 15 dekabr saat 11.00-da Biləcəri qəsəbəsində yerləşən Qamət Abbasov adına 284 saylı məktəbdə nümayiş etdiriləcək.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: