Dənizkənarı Milli Parkda konsert təşkil olunub

Dekabrın 29-da Dənizkənarı Milli Parkda ümummilli lider Heydər Əliyevin Fərmanı ilə Bakı Bulvarına Dənizkənarı Milli Park statusu verilməsinin 20-ci ildönümü münasibətilə bayram konserti təşkil olunub.

Frame.az xəbər verir ki, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində təşkil olunan konsert proqramı Dənizkənarı Bulvar İdarəsi və Azərbaycan Televiziyasının birgə layihəsi əsasında reallaşıb.

Konsertdə Azərbaycan Televiziyasının musiqi kollektivləri və solistləri çıxış ediblər. Onların ifasında musiqi nömrələri paytaxtın sakinləri və qonaqları tərəfindən maraqla qarşılanıb.

Xatırladaq ki, ulu öndər Heydər Əliyev 1998-ci il dekabrın 29-da Dənizkənarı Bulvara Azərbaycanın milli sərvəti kimi “Təbiəti mühafizə və təbiətdən istifadə haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə uyğun olaraq Milli Park statusu verilməsi haqqında Fərman imzalayıb.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: