“Dərin Liman” şəhəri

Batumi sözü bu ərazidə yerləşən qədim yunan koloniyası Batisin (Batis – “dərin”, Batis limen – “dərin liman”) adı ilə bağlıdır.

Batumi şəhərinin əhalisi 150 000-dir. İl ərzində bu şəhərə gələn turistlərin sayı isə 1 milyona gəlib çatır. Batumi Qara dənizin sahilində yerləşən kurort şəhəridir. Batumi əhalisinin çoxu acarlardan ibarətdir.

“Sevgi və Göyərçin” filminin çəkilişləri məhz bu şəhərdə olub. Son illər şəhər çox dəyişilib. Çoxlu sayda yeni oteller meydanlar tikilib.

Batumi şəhərində 25-dən çox otellər var. Bu otellər içərisində Adjara Hotel, U Shoreni, Sheraton, Radisson, Grand Royal Apart Hotel, Rock Hotel Fist Line və Georgia Palace Hotel’i xüsusi qeyd etmək olar. Georgia Palace Hotel – Həmin bu otel Gürcüstan’ın ilk 5 ulduzlu otelidir.

Ecazkar Acropolis restoranı da Batumi şəhərindədir. Batumi şəhərinin bəzəyi Sahil Parkı hesab olunur. Batumi subtropik iqlimə malikdir.

Batumi əhəmiyyətli liman şəhəridir. Eyni zamanda tətil mərkəzi olan şəhər botanika bağları və tropik bitkilər baxımından zəngindir.

Yenidən inşa edilən Batumi Beynəlxalq Hava Limanı 2007-ci ildə açılmışdır.

( PƏRVİN BAYRAMOV )

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: