Dəriniz yumşaq və zərif olsun-Məsləhət

Qliserin bir çox kosmetik vasitələrə – krem, maska və s. daxil edilir.

Soyuq fəsillərdə dəri tez-tez quruyur, çatlayır, qabıq verir. Bu vəziyyətdə qliserinlə olan maskalar sizə çox yaxşı kömək edəcək. Qliserin dərini daha yumşaq və təravətli edir, çox yaxşı nəmləndirir, dərinin cavanlığını qoruyur.

Qliserin iysiz, şəffaf mayedir. Qliserin çox ucuz vasitədir, onu istənilən aptekdə tapmaq olar.

Qliserinlə maska reseptləri:

– 1 çay qaşığı qliserin, 1 çay qaşığı bal, 1 çay qaşığı yulaf yarması unu (yulaf yarmasını qəhvəüyüdəndə üyüdün), 1 xörək qaşığı suyu yaxşı qarışdırın. Maska çox qatı alınarsa, bir qədər su əlavə edin.

Maskanı təmiz üz dərisinə çəkin və 20 dəqiqədən sonra ilıq su ilə yuyun.

– 1 limon dilimini blenderdə xırdalayın, 1 çay qaşığı qliserin, 2 xörək qaşığı su, 1 yumurta sarısı, 1 çay qaşığı yağlı xama əlavə edin və yaxşı qarışdırın. Maskanı üz dərisinə çəkin və 15 dəqiqədən sonra yuyun.

– Dəriniz çox qurudursa, belə maskadan istifadə edin: kiçik kartofu qabıqla bişirin, əzin, 1 xörək qaşığı ilıq süd, 1 çay qaşığı zeytun yağı, 1 çay qaşığı qliserin, 1 kapsul E  vitamini (apteklərdə satılır) əlavə edib yaxşı qarışdırın. Maskanı üz dərisinə çəkin və 15 dəqiqədən sonra ilıq su ilə yuyun.

Nəzərinizə çatdıraq ki, qliserinlə olan maskaları havası çox quru olan otaqda etmək olmaz. Bu halda maska lazım olan effekt verməyəcək.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: