Dərinizi zərərli vərdişlərdən qoruyacaq 8 qayda

Sağlam və gözəl dəri, baxımlı xanımın vizit kartıdır. Baxımlı dəri dedikdə bura: skrablar, kremlər, pilinq, losyon, müxtəlif kosmetik prosedurlar və s. kimi şeylər daxildir. Lakin saydığımız bu vasitələr hər zaman faydalı olmaya bilər. Sizə dərinizi pis vərdişlərdən qoruyacaq 8 məsləhətimiz olacaq.

1. Telefonunun ekranını xüsusi salfetlə təmizləyin– bəzən üzünüzdə səpkilər olur. Bunun səbəbi telefonun ekranı da ola bilər. Elm adamları sübut edib ki, ekrandakı bakteriyaların sayı unitazın oturacağıdan da çoxdur.

telefon

2. Makiyaj fırçalarını yuyun – Makiyaj fırçalarından düzgün istifadə etməmək dəridə müxtəlif səpkilər, sızanaq, qıcıqlanmalar yarada bilər. Bunun səbəbi istifadə etdiyiniz fırçalar da ola bilər. Daimi olaraq makiyaj fırçalarını, süngərləri yumaq lazımdır. Bunun üçün sizə təmizləyici salfetlər, köpüklər də kifayət edər.

makiyaj

3. Yemək rasionunuza diqqət edin – bəzən dəriniz quru, solğun olur. Qida rasionuna fikir vermədikdə dəri quru, solğun və hətta qırışmış vəziyyətə düşür. Bunun üçün monodietlərdən, hazır qidalardan, aşırı dərəcədə şirniyyat və yağlı qidalardan uzaq durmaq lazımdır. Dərini lazım olan minerallar və vitaminlərlə təmin etmək lazımdır.

qida

4. Həddindən artıq skrablardan istifadə etmək – skrablardan həftədə 1 dəfə istifadə etmək kifayətdir. Xüsusən də yağlı dəriyə sahib xanımlar. Skrablar nəticəsində dərisi quruyan xanımlar isə sadəcə yumşaldıcı losyonlardan istifadə edə bilərlər.

skrab

5. Basseyndə üzdükdən əvvəl və sonra dərinizə krem çəkin – Üzməzdən əvvəl qidalandırıcı, üzdükdən sonra nəmləndirici krem çəkin. Çünki suyun tərkibində olan xlor dərini qurudur.

xlorlu su

6. İdmanla məşqul olduqdan dərhal sonra duş qəbul edin – Bəzən idmanla məşqul olan insanlarındərisində qara nöqtələr, civzələr və səpkilər əmələ gəlir. Bunun səbəbi tərdir. İdman etdikdən sonra duş qəbul etmək mütləqdir.

çimmək

7. Orqanizmin sizə ötürdüyü siqnallara fikir verin – Qıcıqlanmalar, səpkilər, civzələr sizdə ciddi problemlərin olduğundan xəbər verə bilər. Həkimə gedib müayinə olunmaq lazımdır.

orqanizm

8. Qaynar su ilə çimmək – qaynar su ilə çimmək dərinin üzərini örtən yağlı təbəqəyə ziyandır. Bu təbəqə sizin dərinizi qoruyur və nəmli olmasını təmin edir. 35 – 36 dərəcə istiliyində su ilə çimmək kifayətdir.

qaynar su

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: