FashionFrame Life

Dəbli və elegant moda həftəsi öz işinə başladı-fotolar

Mayın 25-də MBFWBaku Payız-Qış 2017/2018 Moda həftəsinin ilk sezonunun açılışı baş tutdu.

Xəbər verdiyimiz kimi məşhur alman avtomobil brendi altında prestijli moda nümayişinin keçirilməsi hüququnu Baku Fashion Week agentliyi əldə edib.

Möhtəşəm dəb həftəsinin ilk günü Baku Cafe-də media nümayəndələri üçün təşkil olunmuş press-konfransla start götürdü. Konfransda tədbirin təşkilatçıları, dizaynerlər media nümayəndələrinin suallarını cavablandırdı.

Qeyd edək ki, Mercedez-Benz Fashion Week – orijinal festivaldır. Burada əsas ideya, müxtəlif dünya xalqlarının mədəniyyətini və adət-ənənələrini, onların artıq uzun illərdir yüksək keyfiyyət nümunəsi olan, aparıcı alman avtomobil istehsalçısının kupe və salon xətlərinin fonunda modaya baxışlarını geniş miqyasda tıəqdim etməkdir.

Mercedez-Benz Fashion Week emblemi altında Avropa, Avstraliya, ABŞ, Asiya və Yapponiyada dəb nümayişləri keçirilir. Artıq bu prestijli siyahıda Azərbaycan da öz yerini tutdu. Mercedez-Benz Fashion Week Baku-nun ilk keçirilmə sahəsi isə şəhərimizin tarixnin müasir arxitektura və dizaynla birləşən, Moda Həftəsinə yeni nəfəs verəcək Passaj 1901 seçildiyindən, dəb sevərlər bütün nümayişləri burada izləmək şansı əldə ediblər.

Dəb həftəsinin ilk günü artıq Bakı sakinlərinə bir sira rəngarəng kolleksiyaları ilə yaxından tanış olan məşhur dizayner AVTANDİL-dən möhtəşəm kapsul kolleksiyası təqdim olundu.

Gün Baku Cafedə təmtəraqlı after-party ilə sonlandı.

İlk gündən fotoları sizə təqdim edirik. Fotolar Azad Dəmirçiyevə məxsusdur. Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!