Finans

Dəmir Bank kart artımına görə 2-ci oldu

23 May tarixində MasterCard-ın Azərbaycan üzrə ölkə nümayəndəliyi tərəfindən təşkil olunmuş “Future is now” tədbirində Dəmirbank da mükafatçılar sırasında öz yerini alıb. Beləki,DəmirBank 2016-cı ildə debit MasterCard kartlarının say miqdarını ən çox artıran 2-ci bank kimi sertifikatla təltif edilib.

DəmirBank-ın plastik kartları ilə Azərbaycanda, eləcə də dünyanın 200-dək ölkəsində bir çox ticarət və xidmət müəssisələrində məhsul və xidmətlərin qiymətinin heç bir komissiya tutulmadan nağdsız ödənişini həyata keçirmək mümkündür.

DəmirBank daim müştərilərinin qayğısına qalır online ödənişlərin təhlükəsiz həyata keçirilməsini təmin etmək üçün bütün plastik kartlarını 3D Secure xidmətinə qoşub. Bu xidmət online ödənişlərin təhlükəsizliyini daha da artırır və pullarınızı internet fırıldaqçılardan qoruyaraq, alış-veriş prosesini daha xoş və rahat edir.

Qeyd edək ki, “DəmirBank”ın plastik kartlarının üstünlük və xidmətlərindən yararlanmaq isətəyən müştərilə tək şəxsiyyət vəsiqəsi ilə Bank-ın istənilən filialına müraciət edərək plastik kart sifariş edə bilərlər. Plastik kartların sifarişini DəmirBank-ın inernet səhifəsi üzərindən də etmək mümkündür. Sifariş olunan plastik kartlar maksimum 3 iş gününə hazır edilir.DəmirBank-ın 24/7 Mərkəz filialındaistənilən növ plastik kartın sifarişi, balans artımı və nağdlaşdırma fasiləsiz olaraq müştərilərin xidmətindədir.

Bankla əlaqə saxlamaq üçün:

Məlumat Mərkəzi :  (012) 149

http://www.demirbank.az/?/az/

www.facebook.com/demirbank.az Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!