Dadından doya bilməyəcəyiniz ballı dondurma

Ballı dondurmanın tərkibi üçün aşağıdakı ərzaqlar lazım olacaq:
300 ml qram qaymaq
100 ml bal
1 yumurta
4 yumurta sarısı
Üzəri üçün:
3 x.q bal
Quru meyvələr ( üzüm, ərik, gavalı)
25 qram badam

Hazırlanması:
Qaymağı qarışdırırıq. Bala 1 yumurta və 4 yumurta sarısını əlavə edib qarışdırırıq və təxminən 5 dəqiqə, rəngi açılana və qatılaşana kimi qaynadırıq. Bu qarışığı qaymağın üzərinə əlavə edərək 3 saat soyumağa qoyuruq. (Ən yaxşısı bütün gecəni dondurucu kameraya qoyun). Süfrəyə təqdim edərkən üzəri üçün hazırladığınız qarışığı əlavə edib verə bilərsiniz. Nuş olsun!

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: