MüsabiqələrQalereyaŞəkillər

“Daha yaxşı bir dünya xəyal et” adlı video/foto müsabiqəsinə start verildi

Avropa Birliyinin nümayəndə heyəti Avropa Tolerantlıq Festivalı çərivəsində Azərbaycanda keçiriləcək “Daha yaxşı bir dünya xəyal et” adlı video/foto müsabiqəsini dəstəkləyir.

Məqsəd- Müsabiqədə gənc film tərtibatçıları və fotoqrafların əsas məqsədi, öz işləri vasitəsiylə gənc tamaşaçıları ictimai məsələlərə və problemlərə dair daha geniş formada məlumatlandırmaqdır.

Yuxarıda qeyd olunmuş mövzudan uzaq olan, eyni zamanda zorakılıq, pornoqrafiq və siyasi xarakter daşıyan foto və videolar müsabiqədən kənarlaşdırılacaq.

Müsabiqə haqqında qısa məlumat-

• Müsabiqə iyul ayında müxtəlif media kanalları və sosial şəbəkələr vasitəsi ilə elan olunacaq. Müsabiqəyəəvvəlcədən qeydiyyat üçün SizinAvropa saytinda İngilis və Azərbaycan dilində dərc olunmuş rəsmi müraciət forması ilə 10 Sentyabr 2017-ci il tarixindən gec olmamaq şərti ilə müraciət edə bilərsiniz. Müsabiqədə iştirak pulsuzdur.

• İştirakçılar 18-30 yaşında, Azərbaycan vətəndaşı olmalıdırlar.

• Tolerantlıq mövzusunu özundəəks etdirmək şərti ilə, foto və videoların məzmunu müxtəlif ola bilər.

• Təqdim olunan foto və videolar bilavasitə iştirakçı tərəfindən tərtib olunmalıdır.

• Fotolar yüksək keyfiyyətli olmalıdır (300 dpi şaquli və üfüqi; ölçüsü 5 MB-dan çox olmamaq şərti ilə);

• Videoların müddəti 3-5 dəqiqəolmalı və Azərbaycanda çəkilməlidir.

• İşlər 24 sentyabr 2017-ci il tarixinə qədər qəbul olunur.

• Foto və Videolar DVD/USB vasitəsi ilə təqdim olunmalı və ya wetransfer ilə qeyd olunmuş e-poçt ünvanına göndərilməlidir. (aşağıdakı istinada baxın).

• Hər bir iştirakçı eyni zamanda bir foto və bir video təqdim edə bilər.

• İlk mərhələdə 50 iş qəbul olunacaq (25 Video və 25 Foto ). Təşkilatçılar əldə olunmuş materiallar əsasinda ilk 50 işi seçəçəklər. Yalnız seçilən işlərin müəlliflərinə telefon və ya poçt vasitəsi ilə məlumat veriləcək.

• 6 nəfərdən ibarət olan Münsiflər heyəti (Avropalı və Azərbaycanlı) 50 iş arasından 10 oktyabr 2017-ci ildə 15 video və 15 fotonu seçəcək. Seçilmiş 15 foto və 15 video Festivalda təqdim olunacaq.
• Seçilmiş 30 işdən, münsiflər Xəyal et Avropa Tolerantlıq Festivalı zamanı keçirilən Mükafatlandırma Mərasimində 2 işi (1 foto və 1 video) mükafatlandıracaqlar.Seçilmiş 30 işin müəlliflərinin hər birinə Avropa Birliyinin Azərbaycandakı Nümayəndəliyi tərəfindən sertifikatlar təqdim olunacaq.

• Təşkilat qalibləri Avropa Birliyinin Azərbaycandakı Nümayəndiliyi tərəfindən təqdim edilən Kamera ilə mükafatlandıracaqlar.

Müsabiqədə iştirak etmək üçün ərizə forması

Əlavə Məlumatlar

Müsabiqə Festivalın bədii bölməsində məsul olan tekniki komandanda tərəfindən davam etdiriləcək.

Müsabiqə Avropa Birliyinin Azərbaycandakı Nümayəndəliyinin dəstəyi, DokuBaku -nun əməkdaşlığı ilə United Cultures tərəfindən təşkil olunur.

Təşəbbüsun tərəfdaşları : BAKU Media Centre, Park Cinema, Landmark, ADA Universiteti.

Əlaqə:

DVD/USB göndərilməlidir :

United Cultures -Bəşir Səfəroğlu 133 – SAT PLAZA – 14- cü mərtəbə

Xahiş olunur, zərfin üzərində qeyd edin :

Ref: Xəyal et müsabiqə

Ad – Soyad – İşin adı

Elektron fayllar göndərilməlidir:

contest@united-cultures.org

Elektron məktubun mövzusunda qeyd edin :

Ref: Xəyal et müsabiqə

Ad – Soyad- İşin adı

Əlavə məlumat üçün xahiş olunur yazın : contest@united-cultures.org

(Əlavə sulların ünvanlanması üçün son tarix: 30 Avqust 2017-ci il)

 http://sizinavropa.az/article/xeyal-et-daha-yaxsi-bir-duenya

 Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!