Arxitektura-DizaynSəyahət

Daşdan tikilmiş şəhər

Bakı İşərişəhər və Bayıl şəhər adları ilə 2 hissəyə bölünür.

İçərişəhər əsas idi. Hər şey burada yerləşmişdi. Bakının yerli əhalisi əsasən burada cəm olmuşdur. Ona görə də bazar, böyük ticarətxanalar, əsnaf, hökümət idarələrinin çoxusu, məscidlər hətta rus çarizmi istilasından sonra tikilən rus kilsəsi, əskəri qazarma da burada idi. İşərişəhər 3 tərəfdən daş-hasarla əhatə olunmuş qədim yaşayış məskənidir.

Yaşı min illərlə ölçülən bu şəhər amfiteatr üslubunda salınıb. Tarixçilərin məlumatına görə indi İçərişəhər kimi tanıdığımız məkan hələ lap qədim dövrlərdən yaşayış məskəni kimi formalaşıb. İçərişəhərin tarixi, küçələri, hər daşı, hər tini 100 illərdir ki, yaradıcı insanlara ilham verir. Bütövlükdə “Köhnə Bakı” xalqımızın zəngin etnoqrafiyasını öyrənmək baxımından çox qiymətli bir mənbədir.

100 illərdir ki, bu şəhərdən gələcək nəsillərə yalnız rəsimlər, sənəd əsərləri qalmır. Həmdə bu şəhərin şərəfli tarixi barədə məlumatlar nəsildən-nəsilə ötürülür.

Küçələrin inqilabdan əvvəlki adları tamamilə ruslaşdırılmış adlar idi. “Bakı Quberniya Mərkəzi” elan olunduqdan sonra İçərişəhərin məhəllələri sanki ikinci plana keçdi.

Məhz “Bakı Quberniya Mərkəzi” olduqdan sonra küçələrə adlar verilməyə başladı. Bu bir sıra hallarda həmin küçələrin mövqeyi ilə və həmin küçədə yerləşən tarixi abidələrlə bağlı idi.

Bütün bu xüsisiyyətlərinə görə İçərişəhəri kimsə özünə yurd-yuva, kimsə özünə memarlıq ensiklopediyası, kimsə qədim tariximizin incisi hesab edir. İçərişəhər daşlara hopmuş bir musiqidir.

Romanın kalezeyi Romalılar üçün, Akropol Yunanlar üçün nə qədər əzizdirsə İçərişəhərdə hər bir Azərbaycanlının qürür mənbəyidir.

( PƏRVİN BAYRAMOV)

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!