Daun sindromlu uşaqlar “Bakı marafonu-2019”-da

5 May tarixində, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə paytaxtımızda dördüncü dəfədir ki, keçirilən “Bakı Marafonu -2019”-da “AFB Bank”-ın dəstəyi ilə ilk dəfə olaraq Daun sindromlu uşaqlar da iştirak ediblər.

“Küləyə qalib gəl” şüarı altında keçirilən marafon Dövlət Bayrağı Meydanından start götürüb və  Bakı Olimpiya Stadionuna qədər 21 kilometr məsafəni əhatə edib.

“İdmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək və insanları xeyirxah amallar ətrafında bir araya gətirmək üçün keçirilən “Bakı marafonu-2019”-un bir hissəsi olmaq bizim üçün qürurvericidir. Builki marafonda Daun sindromlu uşaqların da iştirak etməsini təmin etməkdə əsas məqsədimiz onların cəmiyyətə inteqrasiyasına dəstək olmaq və bu uşaqların da cəmiyyətin ayrılmaz hissəsi olduğunu xatırlatmaq idi”- deyə, “AFB Bank”-ın Baş İcraçı Direktoru Samir Şirinov bildirib.

28 noyabr 2008-ci il tarixində Azərbaycan Mərkəzi Bankı tərəfindən 253 saylı lisenziya almış AFB Bank ASC öz fəaliyyətinə 2009-cu ilin fevral ayında başlamışdir. Azərbaycan bank bazarının subyektlərindən biri kimi “AFB Bank” Açıq Səhmdar Cəmiyyəti ölkə iqtisadiyyatını və hökümətimizin monetar siyasətini dəstəkləməklə yanaşı, daim dinamik inkişafa hədəflənmiş səmərəli və təmkinli və ölçülü fəaliyyətə üstünlük verir.

Frame.az

 

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: