Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) təşviqi məqsədi ilə foto müsabiqə

FOTO MÜSABİQƏ
BMT-nin Azərbaycandakı Nümayəndəliyinin Gənclərdən ibarət Məşvərət Şurası gənclər və uşaqlar arasında Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) təşviqi məqsədi ilə foto müsabiqə elan edir.

Müsabiqəni keçirməkdə başlıca məqsəd uşaqlar və gənclər arasında Dayanıqlı İnkişaf Məqsədləri barədə məlumatı yaradıcı formada artırmaqdır. Bu müsabiqənin nəticəsi olaraq gənclər və uşaqların DİM-lər barədə ətraflı məlumat öyrənməyi və yaradıcı üsullar ilə öyrəndiklərini cəmiyyətə təqdim etməkləri gözlənilir.

Müsabiqənin şərtləri:

Müsabiqə 7-14 yaş arası uşaqlar və 15-29 yaş arası gənclər üçün açıqdır. Hər iki yaş qrupu ayrılıqda qiymətləndiriləcəkdir. Müsabiqədə iştirak üçün aşağıdakı keçiddən qeydiyyatdan keçərək fotoşəkli yükləmək kifayətdir.

Fotoşəkillərə dair tələblər:

Fotoşəkillər gənclərin və uşaqların 2030-cu ildə nə cür ölkədə yaşamaq istəklərini əks etdirərək BMT-nin 17 DİM-dən ən azı birini və ya bir neçəsini əhatə etməlidir. Bir iştirakçı yalnız bir fotoşəkil göndərə bilər. Fotoşəkildə bir neçə DİM-i əhatə edə bilər. Qiymətləndirməyə qəbul edilmək üçün fotoşəkillər yüksək keyfiyyətdə çəkilməlidir. Müasibəqədə iştirak etmək üçün son tarix 10 Oktyabr 2018-ci ildir.

Fotoşəkillərin qiymətləndirməsi BMT-nin ölkə üzrə idarə heyəti tərəfindən aparılacaq. Müsabiqənin sonunda hər iki kateqoriyada 3 qalib seçiləcək. Qaliblərlərin adları Oktyabr ayının sonuncu həftəsi keçirilən BMT həftəsində elan ediləcəkdir. Qaliblər BMT-nin Azərbaycandakı nümayəndəliyinin təmsilçiləri ilə, onlar üçün təşkil edilmiş, qeyri-rəsmi görüşdə iştirak edəcəklər.

Müsabiqədə iştirak üçün link: https://goo.gl/kFvh4t

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: