DÇ-2018-in Seçmə Turniri

A Qrupu: İsveç – Fransa 2:1 Hollandiya – Lüksemburq 5:0 Belarus – Bolqarıstan 2:1 Son AÇ-nın finalçısı Fransa yığması Stokholm’da İsveç’ə 2:1 hesabıyla məğlub oldu. Hollandiya – Lüksemburq matçında gözlənildiyi kimi meydan sahibləri böyük hesablı qələbə qazandı 5:0. 3 ay öncə Sofiya’da keçirilən oyunda Hollandiya’nı məğlub edən Bolqarıstan millisi Borisov’da Belarus qarşısında aciz qalıb 2:1.

B Qrupu: Farer Adaları – İsveçrə 0:2 Latviya – Portuqaliya 0:3 Andorra – Macarıstan 1:0 Keçirdiyi 5 oyunda maksimum xal qazanan İsveçrə çətinlik çəkmədən Farer Adaları millsini də qalib gəldi. Son AÇ-nu Portuqaliya səfərdə Latviya’nı 3:0 hesabı ilə məğlub edib. Qollardan doymaq bilməyən Kriştiano Ronaldo adəti üzrə yenə matçın və komandasının qəhrəmanına çevrilib. Andorra – Macarıstan qarşılaşmasında meydan sahibləri 1:0 hesabı ilə qələbə qazanıb.

C Qrupu: Almaniya – San Marino 7:0 Azərbaycan – Şimali İrlandiya 0:1 Norveç – Çexiya 1:1 Son DÇ-nu Almaniya ilə San Marino’nun oyununda futbol sevərlər heç bir intriqaya ümid bəsləmirdi. Hamını maraqlandıran əsas məsələ almanların neçə qol vuracağı idi. Yoahim Löv’ün yetirmələri bu dəfə 7 qolla kifayətləndi. Bu qələbədən sonra Almaniya millsi 6 oyundan sonra xallarının sayını 18-ə çatdırıb. Norveç – Çexiya matçında bərabərlik qeydə alınıb 1:1. Azərbaycan – Şimali İrlandiya qarşılaşmasında qonaqlar sevinən tərəf olub 0:1.

D Qrupu: İrlandiya – Avstriya 1:1 Moldova – Gürcüstan 2:2 Serbiya – Uels 1:1 D qrupunda keçirilən hər 3 oyunda heç-heçə qeydə alınıb. Bu nəticələrdən sonra İrlandiya və Serbiya 12 xalla turnir cədvəlində ilk iki pillədə qərarlaşıblar. Gürcüstan 3 Uels və Avstriya 8 xalla üçüncü və dördüncü yeri bölüşürlər. Gürcüstan 3 xalla beşinci, aktivində cəmi 2 xalı olan Moldova millisi isə sonuncu pillədə qərarlaşıb.

E Qrupu: Qazaxıstan – Danimarka 1:3 Monteneqro – Ermənistan 4:1 Polşa – Rumıniya 3:1 Qrupun ən maraqlı oyunu Polşa’da keçirilib. Rumıniya’nı qəbul edən Polşa Levandovski’nin het-triki sayəsində rəqibini 3:1 hesabıyla məğlub edib. Qrup sonuncusu Qazaxıstan millsi öz meydanında Danimarka’ya 1:3 hesabıyla məğlub olub. Monteneqro Ermənistan’a heç bir şans verməyib 4:1.

F Qrupu: Şotlandiya – İngiltərə 2:2 Sloveniya – Malta 2:0 Litva – Slovakiya 1:2 Şotlandiya ilə oyuna qədər İngiltərə millisi seçmə mərhələdə qol buraxmayan yeganə komanda idi. Şotlandiyayla səfər matçında da ingilislər qapısından top buraxmaya bilərdilər. Amma Seltikin hücumçusu Qriffits komandası 0:1 hesabıyla geridə olarkən son dəqiqələrdə cərimə zərbəsindən iki qol vuraraq ingilisləri şoka saldı. Buna rəğmən Qarret Sautqeyt’in yetirmələri özündə güc taparaq Keyn’in vurduğu qol sayəsində məğlubiyyətdən qaça bildi. Sloveniya doğma meydanda Malta’ya 2:0 hesabı ilə qalib gəldi. Sloveniya millsi isə səfərdə Litva’dan güclü oldu 1:2.

G Qrupu: İtaliya – Lixtenşteyn 5:0 Makedoniya – İspaniya 1:2 İsrael – Albaniya 0:3 İtaliya Lixtenşteyn matçında hesab görüşün 35-ci dəqiqəsində açılıb. Napoli klubunun lideri İnsinye topu saxlamadan Yehle’nin qapısından keçirərək baxımlı qola imza atıb 1:0. İkinci hissədə hücumlarının kəsərini artıran meydan sahibləri tezliklə ikinci qolu rəqibin qapısından keçirməyə nail olub. Qapıçı ilə təkbətək qalan Belotti fərqi 2 topa çatdırıb. Üçüncü topu meydana sonradan daxil ola Eder vurub. 83-cü dəqiqədə Bernardeski uzaq məsafədən vurduğu qolla hesabı 4:0-a çatdırıb. Görüşün 90-cı dəqiqəsində Sautgemptdon’da legioner heyatı yaşayan Qabbyadini 5-ci topu Lixtenşteyn yığmasının qapısından keçirib. Qrupun lideri İspaniya səfərdə Makedoniya’ya qalib gəlib 1:2. Albaniya millsi isə səfərdə İsrail’in qapısından 3 cavabsız top keçirib.

H Qrupu: Bosniya və Hersoqovina – Yunanıstan 0:0 Estoniya – Belçika 0:2 Cəbəllütariq – Kipr 1:2 Bosniya millsinin qonağı olan Yunanıstan seçmə turnirdə ardıcıl ikinci səfər matçında hesabına 1 xal yaza bildi. Görüş qolsuz bərabərliklə başa çadı. Qrupun lideri Belçika aparıcı futbolçuları Hazard və De Brüyne’nin zədə səbəbiylə xidmətindən istifadə edə bilməsədə səfərdə qalib gəlməyi bacarıb 0:2. Cəbəllütariq öz meydanında Kipr’ə minimal hesabla məğlub olub 1:2. Bu nəticələrdən sonra Belçika millisi xallarının sayını 16-ya yüksəldərək qrupdakı liderliyini daha da möhkəmlədib.

İ Qrupu: İslandiya – Xorvatiya 1:0 Kosova – Türkiyə 1:4 Finlandiya – Ukrayna 1:2 Qrupun mərkəzi qarşılaşmasında İslandiya və Xorvatiya yığma komandaları üz-üzə gəlib. Maqnusson’un son dəqiqələrdə vurduğu qol meydan sahiblərinə qələbə gətirib 1:0. Ukrayna səfərdə minimal hesabla Finlandiya’ya qalib gəlib 1:2. Fatih Terim’in çalışdırdığı Türkiyə millsi Kosova’nı səfərdə darmadağın edib 1:4.

PƏRVİN BAYRAMOV

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: