Debat düşərgəsi həyəcanı davam edir!

Artıq bu il baş tutacaq III düşərgədə “ULDUZ DÖYÜŞLƏRİ” olacaq.

Masallı rayonu, İstisu kəndində 9-12 Sentyabr tarixində baş tutacaq düşərgədə iştirakçıları 4 gün, 3 gecəlik maraqlı xatirələrlə dolu anlar gözləyir. Bu 4 gün ərzində iştirakçılarımızı professional təlimçilər tərəfindən fərqli mövzularda təlimlər, fərqli kategoriyalarda intellektual və fiziki ruhu yüksək tutan oyunlar gözləyir. İlk gün “Ətraf mühiti tanı” adı altında başlayacaq təlimdən sonra iştirakçılar bədən dili, natiqlik və debat təlimlərində iştirak edəcək və düşərgə müddətində bu qazanılmış bilik və bacarıqları praktiki formada oyunlarda və digər məşğuliyyətlərdə göstərəcəkdir.

Qeydiyyat mərhələsini uğurla başa vurdurdan sonra müsahibə mərhələsini keçən 60 nəfər düşərgədə iştirak haqqı qazanacaqdır. Əlavə olaraq qeyd edək ki, 10 iştirakçı üçün düşərgə ÖDƏNİŞSİZ olacaqdır.

İştirak haqqı 60 AZN təşkil edir.
İştirak haqqına daxildir:
* Gediş-gəliş nəqliyyat vasitələri
* Gecələmək üçün məkan
* Qidalanma
* Əyləncələr (aysbreykerlər, volleybol və futbol turnirləri, intellektual oyunlar, surprizli mafia və tenis oyunu, xəzinə axtarışı, şou-debat və 3 gün davam edən PARTY)
Qeydiyyat üçün: https://goo.gl/forms/Y9YaJzwoiK9iX9QH2

Tələsin yerlər və vaxtımız məhduddur!

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: