Dekorativ-Tətbiqi Sənət Festivalına sənət əsərlərinin qəbulu davam edir

“Art Tower” rəsm qalereyasında ənənəvi olaraq elan edilən Dekorativ-Tətbiqi Sənət Festivalına sənət əsərlərinin qəbulu davam edir.

Bu barədə Frame.az-a məlumat verən “Arts Concil Azerbaijan” qeyri-hökumət təşkilatının rəhbəri Dadaş Məmmədov deyib ki, festivala batika, qobelen, keramika, şəbəkə, xalça növlərinə aid əsərlərlə müraciət etmək olar. Onun sözlərinə görə, festivalın məqsədi dekorativ-tətbiqi sənət növlərini təbliğ etmək, gənc nəsil arasında maraq yaradaraq bu milli sənət növlərinin inkişafına kömək etməkdir.

Festival Gənclər Şəbəkəsi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Mədəniyyət Nazirliyi və “Arts Concil Azerbaijan” qeyri-hökumət təşkilatının dəstəyi ilə təşkil olunub.

Festival adət-ənənələri qorumaq, gənclərin əl işlərini nümayiş etmək üçün böyük imkan yaradır, ölkənin dekorativ-tətbiqi sənət aləmində ənənəvi bayram xarakteri daşıyır. İştirakçılar əsərlərinin fotosunu sergi@artscouncil.az elektron ünvana göndərə bilərlər.

Hər iştirakçı beş əsərinin fotosunu göndərə bilər. Fotolar kiçik ölçüdə olmalıdır. Festivala son müraciət tarixi sentyabrın 30-da başa çatır.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: