Sağlamlıq

“Dərman vasitələrinin yerli istehsalı ölkədə müstəqilliyin və inkişafın növbəti göstəricisi olacaq” – Şövqi Bünyadov

Azərbaycan regionda ən güclü və daim inkişafda olan dövlətlərdən biridir.

Bu inkişaf özünü bütün sahələrdə göstərir. Ölkə prezidenti və vitse-prezidentin müdrik və uzaqgörən siyasəti sayəsində səhiyyə sistemimiz inkişaf edir və doğru irəliləmə yolundadır. Son zamanlar isə əczaçılıq, dərman vasitələrin yerli istehsalı ilə bağlı çoxsaylı təklif və fikirlər səsləndirilir. Səhiyyə sahəsində öz sözünü demiş mütəxəssislərin ölkədə dərman sənayesi ilə bağlı mövcud vəziyyəti qiymətləndirməsi və təkliflər irəli sürməsi müsbət haldır. Məhz bu məsələnin həlli üçün ölkə daxilində dərman istehsalına başlanılmasının vacibliyini əczaçılarımız da vurğulayır.

Onlardan biri də “Əczaçılar Klubu” İctimai Birliyinin sədri, əczaçı Şövqi Bünyadovdur.

Mövzu ilə əlaqədar Şövqi Bünyadovla müsahibəni təqdim edirik:

-Şövqi bəy, zaman-zaman vətəndaşlar sosial şəbəklərdə bəzi dərmanları tapa bilmədiklərinə dair paylaşım edir. Yəqin ki, bu cür paylaşımlarla qarşılaşmısınız.

– Azərbaycanın iqtisadi gücü artdıqca, ayrı-ayrı sahələrdə mövcud olan çətinliklər daha qabarıq şəkildə özünü göstərir. Bu sahələrdən biri də əczaçılıq, dərman və tibbi ləvazimatın istehsalıdır. İstər sosial şəbəkələrdə, istərsə də mediada tez-tez əhalinin müəyyən dərmanların, tibbi avadanlıqların çatışmazlıqları, ya da güvənməməkləri haqqında narazılıqlar eşidilir. Bu isə o deməkdir ki, əhali hər sahədə öz sözünü deyə bilən Azərbaycandan bu istiqamətdə də qətiyyətli sözünü deməsini gözləyir.

– Necə düşünürsüz bu çətinlik nə ilə bağlıdır?

Əvvəla, bir ölkənin müstəqilliyinin göstəricilərindən biri də onun özü özünü hər sahədə təmin etməsidir. Cari ildə bütün ölkələrdə COVİD-19 pandemiyasının yayılması, ölkələrin öz sərhədləri arasında təcrid olunaraq mübarizəsi bir sıra məsələləri önə çıxardı. Bunlardan biri də hər ölkənin özünün dərman istehsalının olmasının vacibliyidir. Pandemiya ilə mübarizədə ölkədə atılan addımlardan biri, aprelin 6-da Sumqayıt Kimya Sənaye Parkında tibbi maska istehsalı müəssisəsinin açılışı oldu. Məhz bu fabrikin açılışından sonra əhali arasında maska çatışmazlığı ilə bağlı narahatlıq yox oldu.

Ölkədə dərman sənayesinin inkişafına, daha dəqiq desək dərman istehsalına başlanılmasına ehtiyac varmı?

– Əlbəttə, var. Bu gün Azərbaycanda təəssüf ki, mürəkkəb tərkibli dərmanlar istehsal olunmur, lakin hər böyük iş kiçik cəhdlərlə başlayır. Yetər ki, bu işə başlanılsın. – Azərbaycan dərman istehsalına başlayarsa, bu bizə nələr qazandırar, bir qədər bu barədə fikirlərinizi bölüşün. Söhbət istər bir dərman zavodunun tikilməsi üçün lazım olan vəsaitdən, istər dərman istehsalını öhdəsinə götürə bilən mütəxəssislərdən, istərsə də həmin dərmanlar üçün zəruri olan xammaldan gedir. Azərbaycanın dərman istehsalının varlığı müstəqilliyin və inkişafın daha bir göstəricisi kimi qiymətləndirilə bilər. Yerli dərman istehsalına tələbat çox böyük olmağına baxmayaraq təcrübəli mütəxəssislər və texniki baza cəhətdən çatışmazlıqlar mövcuddur. Bu gün Azərbaycan ordusu cəbhəboyu ərazilərdə düşmən təxribatlarına cavab olaraq əks-hücum əməliyyatları keçirir. Belə bir dövrdə tibb işçilərinin üzərinə kifayət qədər ağır yük düşür. Artıq həkimlərimizdən cəhbə bölgəsinə yollanan, əsgərlərimizin sağlamlığının müdafiəsində dayananlar da az deyil. Bilirik ki, dərman preparatları Azərbaycana müxtəlif ölkələrdən gətirilir. Yaxşı olardı ki, öz həkimlərimiz olduğu kimi müalicə prosesində də məhz yerli istehsal dərmanlardan istifadə edilsin. Bütün bu faktorlar yerli dərman preparatlarının istehsalını və sözügedən sahədə “Made in Azerbaijan” brendinin dünya bazarında tanıdılmasını daha da zəruri edir.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!