Arxitektura-DizaynEventsTəqdimat

İlk Azerbaijan Design Award 19 layihəsinin qalibləri bəlli oldu-Fotolar

Ötən şənbə günü ölkəmizdə ilk dəfə olaraq təşkil olunan “Azərbaycan Dizayn Mükafatı” (Azerbaijan Design Award) tədbirinin finalı keçirilib.

Azerbaijan Design Award layihəsinin təşəbbüskarları Rəhim İsmayılov, Ramin Nəsirov və Elşən Quliyevdir.

Layihənin məqsədi bu sahənin ölkəmizdə inkişafı və rəqabətin artmasıdır. Bu peşədə çalışan gənc və bacarıqlı dizaynerləri ölkəyə tanıtmaq və dizaynerlərə motivasiya vermək üçün tədbirə ölkənin əsas dizaynerlərindən qonaqlar da dəvət olunmuşdur. Son illərdə dizayn sənəti bütün dünyada sürətlə yenilənir, bu fəaliyyət sahəsi intensiv inkişaf edir. Azərbaycanınlı dizaynerlərin dünya trendləri ilə ayaqlaşması üçün xarici dizaynerlərin bacarıqlarını və təcrübələrini bölüşmək və tətbiq etmək lazım idi.

Müsabiqədə 250-dən çox gənc azərbaycanlı dizayner öz işlərini müsabiqəyə göndərdi. Onların arasında xarici ekspertləri olan professional münsiflər seçimlərini apardılar, daha sonra isə finalçıların siyahısı nəşr edildi və 8 nominasiya üzrə beş əsər finalçı oldu. Qeyd etmək lazımdır ki, bütün yarışan əsərlər kodlaşdırıldı və münsiflər heyətinə tamamilə anonim şəkildə təqdim edildi. Seçimdən sonra 2 mart günündə Bakı Gənclər Mərkəzində Final gecəsində qaliblər mükafatlandırıldı.

Qeyd edək ki, müsabiqənin baş sponsoru Zeytun Bağları markası, platin sponsor Vitam şirkəti idi. Azprint şirkəti, Websoft, Bizim Tarla markası və Azərflex şirkəti də sponsorlar sırasında idi.

Dövlət himni ilə bağlayan final gecəsi, spikerlərin maraqlı çıxışları ilə davam edib.

Sonda isə mükafatlar qaliblərə təqdim olunub. Brendinq kateqoriyasının qalibi – Ramin Həsənəlizadə Sənaye dizaynı kateqoriyasının qalibi – Ayla Mirzəzadə Qablaşdırma dizaynı kateqoriyasının qalibi – Rahib Dəmirqaya İnteryer, eksteryer kateqoriyasının qalibi – Ayaz Bağırov İllutrasiya kateqoriyasının qalibi – Vüsalə Zeynallı Veb dizaynı kateqoriyasının qalibi – Kamran Mədətli Print, outdoor kateqoriyasının qalibi – Mirelvin Məmmədhəsənli Tətbiqetmə kateqoriyasının qalibi – Amal Əlili

Artıq növbəti il üçün hazırlıqlar artıq başlayıb.

Tədbirin informasiya dəstəyi  Frame.az

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!