HandmadeMaraqlıMotivasiyaQalereya

Diana Beltranın kağız quşları

Kolumbiyalı rəssam Diana Beltran Ererra yalnız rəngli kağızlardan, yapışqan və qayçıdan istifadə etməklə füsunkar kağız quşlar hazırlayır. Son bir neçə il ərzində Diana kağız vasitəsilə nəinki quşları, habelə balıqları, gülləri və kəpənəkləri də canlandırır. Bu yaxınlarda isə onun əl işlərinin sayı artıq 100-ə çatıb.

Creative Review jurnalına müsahibəsində Diana bildirib ki, quşları hazırlamaqdan öncə o həndəsi fiqurlarla təcrübə apararaq fiquru üfüqi vəziyyətdən həcmli varianta keçirməyin yollarını araşdırıb, sonra isə yeni metodlarla çalışaraq hər zaman sevdiyi balıqları, heyvanları və meyvələri hazırlamağa başlayıb.

“Quş fiqurları ilə işə başlayan zaman mən Helsinkidə idim, sərgi üçün taxtadan bir neçə fiqur hazırladıqdan sonra mən material olaraq kağıza geri üz tutdum və bu mənə rahatladıcı təsir göstərdi. Məhz hər şey bu an başladı və mən geri Kolumbiyaya döndükdən sonra yerli quşları müşahidə edərək kağız üzərində cizgilər atmağa başladım”.

Hər bir fiqur üzərində iş öncə kağızdan özünəməxsus karkasın hazırlanması ilə başlayır və məhz bu karkasa Diana dəqiqliklə quşun kağızdan kəsilmiş lələklərini yapışdırır. Bu proses 5 gündən 2 həftəyədək vaxt apara bilir və rəssamın hazırladığı quşun növündən asılı olur.

Quşlar demək olar ki canlı görünürlər, bu isə şəkillərin son dərəcə dəqiqliklə öyrənilməsindən, vəhşi təbiətdə canlıların izlənilməsindən və ornitoloqlarla söhbətlərdən qaynaqlanır.

Diana sözün əsl mənasında öz işindən zövq alır, lakin onun dediyinə görə onun üçün ən böyük mükafat gördüyü incəsənət işi vasitəsilə təbiətlə olan bağlılığını hiss etməsidir.

“Mənim işimdə ən çox sevdiyim hissə vəhşi təbiətdə ilham qaynağının axtarılmasıdır. Mən yenidən özümü hər şeyi öyrənmək istəyən balaca uşaq kimi hiss edirəm. Mənə bu təəccüblənmək hissi, qazandığım təcrübə zövq verir”. Maraqli.info1-4 2 4 5 6 7 8 9 10 11-1 12 13 14-1 16 22

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!