Dior-dan yeni Tattoo effektli dodaq boyası

Dior laboratoriyasının ekspertləri dodaqlarda tamamilə hiss olunmayan, 10 saat qalıcılıq qüvvəsinə malik tatu effektli dodaq boyasını yaradıblar.

Dodaq boyasının bütün üstünlükləri bü gün make-up rubrikamızda.

Professional makiyaj məhsulları olan Dior Backstage Pros Range dodaqlar üçün tatu effektli yeni Dior Addict Lip Tattoo dodaq boyası ilə yenilənib. Makiyaj evinin kreativ art direktoru Peter Filipsin sözlərinə görə bu yenilik sizin gündəlik və ya gecə makiyajınızı kökündən dəyişəcək.

Komfortlu və yüngül teksturalı formula ilə dodaqlarınız 10 saat yumşaq və tatu effekti kimi hamar qalacaqdır.

Peter Filipsin sözlərinə görə-“Dior Addict Lip Tattoo- çox sadə və inqilabi kəşfdir. O dodaqlarda heç hiss olunmur, amma eyni zamanda atlas rəng çeşidinə malikdir və qalıcılığı 10 saatdır”.

Əsas sirr boyanın tərkibində olan piqmentlər, su və yağlardan asılıdır. Belə ki, boyanı çəkdikdən bir neçə saniyə sonra su buxarlanıb həll olur, dodaqlarda qoruyucu komponentlər və rəng qalır.

Yeni kolleksiyaya 6 möhtəşəm rəng çaları daxildir. Ən universal rəng Cherry 761 sayılır.

Diorun bu möhtəşəm dodaq boyası kolleksiyasını Cennifer Lourens təqdim edib.

Frame.az

 

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: