Diplomat xanım hamını Bakı Şopinq Festivalına dəvət edir

Rumıniyanın Azərbaycandakı səfiri Dan İankunun xanımı, eyni zamanda səfirlikdə diplomat kimi çalışan Mihaela İanku sosial şəbəkədə Bakı Şopinq Festivalı ilə bağlı məlumat paylaşaraq, rəfiqələrini alış-verişdə fəal iştirak etməyə çağırıb. “The one-month-long tax-free Shopping Festival has started in Baku! Girls, get ready” (“Bakıda bir ay davam edəcək, vergi güzəştləri olacaq şopinq festival başladı. Xanımlar, hazırlaşın!”), – deyə səfirin xanımı özünün “Facebook” səhifəsində yazıb.

Azərtac-a müsahibəsində xanım M.İanku bildirib ki, festivalı çox maraqlı bir təşəbbüs hesab edir. Onun sözlərinə görə, Azərbaycanda ilk dəfə təşkil olunmasına rəğmən, festival çərçivəsində çoxlu sayda mədəni tədbirlərin, tarixi yerlərə səfərlərin təşkil olunması qürurvericidir. Xanım Mihaela İanku deyib ki, şəxsən onu festival çərçivəsində “tax-free” və bu kimi digər güzəştlərin olması cəlb edir. Artıq bir neçə mağazada alış-veriş etdiyini deyən diplomat xanım mal çeşidini və qiymətləri bəyəndiyini, bütün dostlarına və rəfiqələrinə festival boyunca yaradılan imkanlardan istifadə etməyi məsləhət gördüyünü bildirib.

Xanım Mihaela İankunun fikrincə, bu festivalın mütəmadi keçirilməsi, həm də, “Made in Azerbaijan” brendi altında satılan mal və məhsulların daha geniş alıcı kütləsinə çatmasına imkan verəcək.

“Bu festival Azərbaycana öz mədəniyyətini, mətbəxini, gözəl adətlərini və qonaqpərvərliyini bütün dünyaya nümayiş etdirmək üçün yaxşı imkan yaradır”, – deyə xanım M.İanku qeyd edib.

Rumıniya səfirinin xanımı festivalın təşkilatçılarına uğur arzu edib.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: