Dirijorlar arasında beynəlxalq müsabiqənin laureatı, həmyerlimiz Orxan Həşimovun rəhbərliyi ilə konsert keçiriləcək

Martın 30-da Azərbaycan Dövlət Filarmoniyasında dirijorlar arasında beynəlxalq müsabiqənin laureatı, həmyerlimiz Orxan Həşimovun rəhbərliyi ilə konsert keçiriləcək.

Orxan Həşimov P. I. Çaykovski adına Moskva Dövlət Konservatoriyasını 2017ci ildə bitirib.

2015 ci ildə Macarıstanın Budapeşt şəhərində Antal Dorati adına Beynəlxalq dirijorların müsabiqəsində birinci yeri tutmuş, elə həmin ildə Moskvada keçirilən “Musical art” adlı beynalxalq piano müsabiqəsində ikinci dərəcəli diploma layiq görülmüşdür.

2016-ci ildə “Мелодика поколений” adlı beynəlxalq festivalda diplomla mükafatlandırılıb.

2017-ci ildə Assistent-dirijor kimi Rostov na Donu şəhərinin filarmoniyasında Akademik Simfonik orkestrda staj keçib.

2018-ci ildə Kırğıstanda Bişkek şəhərində keçirilən TENGRI MUSİC FEST 2018 beynəlxalq musiqi festivalında iştirak edib.

Moskva Dövlət Konservatoriyasının Simfonik orkestri, Rusiya Federasiyasının Prezident simfonik orkestri, Budapeşt MAV simfonik orkestri, F. Şopen adına Polşa-Baltika filarmoniyasının simfonik orkestri, Rostov-na-Donu filarmoniyasının Akademik Simfonik orkestri, Kırğıstan Dövlət simfonik orkestri, Azərbaycan Dövlət Qara Qarayev adına Kamera orkestri, İ.Yauşev adına Musiqili Teatrnan (Saransk) əməkdaşlıq edir.

2018-2019-ci illərdə – Azərbaycan Dövlət Akademik Musiqili teatrının dirijoru, 2019-ci ildən – Azərbaycan Dövlət Akademik Opera və balet teatrının dirijorudur.

Konsertdə Q.Qarayev adına Azərbaycan Dövlət kamera orkestrı və Azərbaycanın Əməkdar artisti Fəridə Məmmədova çıxış edəcək.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: