EventsFestivallarMədəniyyətTəqdimat

Doğma Bulvarda “Bahar Nağılı” adlı dörd günlük Novruz bayramı qeyd olunub

Bakı Dənizkənarı Bulvarın təşkilatçılığı ilə Doğma Bulvarda “Bahar Nağılı” adlı dörd günlük Novruz bayramı qeyd olunub. Şənliyə təşkilatı dəstək Azərbaycan Gənclər İttifaqı və Jam Group komandası tərəfindən göstərilib. Tədbir 21 martdan – 24 marta qədər keçirilib.

Tədbirə “Jam Group” komandası tərəfindən uşaqların əyləncəsi üçün Novruz Bayramının əsas simvollarından olan Bahar qızı, Animatorlar (ulduz və cizgi film personajları), Kukla Teatrının tamaşası – “Tık tık Xanım”  və rus nağılları tamaşası göstərilib. Bundan əlavə uşaqlar üçün “face art” bayram abuhavasında olan dekorasiyalar və milli geyimlərlə foto zona təşkil olunub.

Daha çox uşaqların əyləncəsinə önəm verilən tədbirdə, səhnədə animatorlarla birlikdə uşaqlar üçün diskoteka keçirilib. Tədbir keçirilən meydançada uşaqlara pulsuz nağara və milli rəqs üzrə ustad dərsləri keçirilib.

Tədbirdə Azərbaycanın milli yeməkləri olan qutablar, milli şirniyyatlar, əl işləri sərgiləri də təşkil olunub.
4 gün ardıcıl keçirilən konsert zamanı isə səhnədə “Alov şou”(Fakir) nümayiş olunub, Azərbaycan Gənclər İttifaqının üzvləri olan gənc müğənnilərin ifaları səslənilib, Azəri Ritm qrupu tərəfindən “Nağara şou” göstərilib, həmçinin “Sunrise Music Band” qrupunun ifaları səslənilib.

Ardıcıl davam edən tədbirdə tamaşaçı qismində iştirak edən uşaqların və böyüklərin zövqünü oxşayıb. İştirakçılar belə tədbirlərin tək özəl günlərdə deyil, adi günlərdə də keçirilməsinin tərəfdarı olduqlarını da bildiriblər.

Frame.az

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!