EventsTəqdimatƏn SonƏyləncə

Doğma Bulvarda” – “Qış Nağılı”

Əziz həmyerlilərimiz və paytaxtımızın qonaqları!

Bakı Dənizkanarı Park – Bulvar İdarəsi və Azərbaycan Gənclər İttifaqı böyük məmnuniyyətlə sizə bildirmək istəyirlər ki, “Doğma Bulvarımız” bütün bayram həftəsi ərəfəsində uşaqlar və valideyinlər üçün unudulmaz Qış Nağılı təşkil edəcək.

Hər gün 30- dekabrdan yanvar ayının 3-nə kimi saat 13:00 – dan 18:00 – dək uşaqları müxtəlif çizgi film qəhrəmanları gözləyəçək. Onlardan Uşaq və Karloson, Maşa və Ayı öz sərgüzəştləri ilə, Şaxta Baba və Qar qız uşaqlarla əl-ələ tutub rəqs edərək yeni ilin istiliyini onlara hədiyyə edəcəklər, ölkənin ən yaxşı animatorları Karib Dənizinin Quldurları kostymlarında uşaqlarla əyləncəli oyunlar keçirəcəklər. Moskva teatrının Maşa və Ayı, və Malış və Karlson tamaşaları isə sizi Yeni İl nağılına gətirəcəklər.

Şəhərin ən yaxşı artistləri uşaqlarla birlikdə yeni il bayramını Azərbaycan Dövlət Kukla Teatrının arxasında yerləşən meydançasında unudulmaz edəcəklər!

Əziz dostlar, bizim Köhnə-Yeni Doğma Bulvara xoş gəlmisiniz!

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!