Doğru bildiyimiz yanlış məlumatlar

Sizə indiyə kimi doğru bildiyiniz, əslində isə yanlış olan məlumatları təqdim edirik.

“İtlər dünyanı ağ-qara görür”.

İtlər də insanlar kimi rəngli görür, lakin, insanlar qədər parlaq görmürlər.

 

“Siçanlar pendiri sevirlər”.

Siçanlar pendiri sevmirlər, onlar taxıl bitkilərini və şirin meyvələri sevirlər.

 

“Nyuton başına düşən almalardan sonra yerin cazibə qüvvəsi olduğunu kəşf etdi”.

O almalar Nyuton ağacın altında olarkən düşmüşdü, lakin,heç biri onun başına düşməmişdi.

 

“İnsan gündə 8 stəkan su içməlidir”.

8 stəkan su içmək insanın boyundan,ölçüsündən və başqa səbəblərdən asılıdır. Lakin gün ərzində çox su içmək faydalıdır.

 

“Kəpənəklərin ömrü bir gündür”.

Kəpənəklərin sadəcə bir neçə növü cəmi bir gün yaşayır.

 

“Suşi yapon dilindən tərcümədə çiy balıq mənasına gəlir”.

Suşi yapon dilindən tərcümədə “turş düyü” deməkdir.

 

“Dəvələr hürgüclərində ehtiyat halda su saxlayırlar”.

Dəvələr hürgüclərində su deyil yağ saxlayırlar və lazım olduqda bu yağı parçalayıb su halına çevirirlər.(1 kq yağ parçalandıqda 1,1 litr su ayrılır).

 

“Şəkərli diabet xəstələri şəkərdən uzaq durmalıdırlar”.

Diabet xəstəliyi ilə şəkər arasında heç bir əlaqə yoxdur. Sadəcə adına görə bunu insanlar uydurublar.

 

“Qrip olduğumuz zaman antibiotik qəbulunun bizə xeyri var”.

Qrip olduqdan sonra antibiotikin sizə heç bir təsiri olmur.

“Smartfonları yəni ağıllı telefonları gecə enerjiyə qoyub yatmaq və ya dolduqdan sonra enerjidə saxlamaq telefonun ömrünü azaldır”.
Ağıllı telefonlar enerjisi dolduğu anda enerji qəbulunu dayandırırlar.

“Sezar salatı adını Yuli Sezardan götürmüşdür”.

Sezar salatı adını məşhur italyan aşbaz Sezar Kardininin adından götürülmüşdür.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: