Dolby Atmos səs sistemi artıq CinemaPlus Ganjlik Mall’da!

CinemaPlus Gənclik Mall kinoteatrının möhtəşəm açılış mərasimi baş tutdu.

Oktyabrın 4-də paytaxın mərkəzində, “Gənclik Mall” Ticarət mərkəzinin 3-cü mərtəbəsində yerləşən, Dolby Atmos texnologiyası ilə təchiz olunmuş  ölkənin ən böyük kinoteatrı “CinemaPlus”un açılışı keçirilib.

Həmin gecənin qonaqları azərbaycanlı ulduzlar, sahibkarlar, iri şirkət rəhbərləri, aktyorlar, ifaçılar, televiziya aparıcıları, rejissorlar, prodüserlər, bloggerlər,  yaradıcı gənclərin nümayəndələri, bomond və KİV nümayəndələri olmuşdular.

Açılışda “CinemaPlus” kinoteatrlar şəbəkəsinin baş direktoru Zaur Darabzadə qeyd etmişdir ki, Azərbaycanda ilk dəfə “CinemaPlus” kinoteatrında Dolby Atmos texnologiyası təqdim olunmuşdur.

Dolby Digital Atmos sayəsində səs tamaşaçıya bütün istiqamətlərdən çatır, o cümlədən zalın yuxarı hissəsindən. Səs müşayiətini kinoteatrın istənilən yerinə  yerləşdirmək və yerini dəyişmək imkanı hesabına Dolby Digital Atmos film yaradıcılarına kinoda səsi yeni bir mərhələyə çıxarmaq imkan yaradır. Nəticədə tamaşaçı ekranda baş verənləri sadəcə izləmir, hadisənin mərkəzinə daxil olur. Dolby Digital Atmos texnologiyası ilk dəfə 2012-ci ilin aprel ayında təqdim olunub və bütün hollivud studiyaları tərəfindən istifadə olunur. Bu texnologiya ilə “Oskar” mükafatına layiq görülmüş 11 rejissor və 23 səs rejissoru işləyir. Bu günə kimi, bütün dünya üzrə 300-dən artıq kinoteatr bu texnologiyaya keçib. Tezliklə dünyanın bütün iri kinoteatrları Dolby Digital Atmos texnologiyasından istifadə edəcəyi gözlənilir.

“CinemaPlus” kinoteatrlar şəbəkəsinin baş direktor müavini Cəfər Axundzadə və repertuar planlaşdırılması üzrə direktoru Faiq Kazımov qeyd etdilər ki, Dolby Atmos – kinoteatrlar üçün həcmli səs sahəsində bir inqilabdır.

Əsas diqqəti çəkən dekorasiya idi. Foyedə “Dərinsulu horizont” filmi ruhunda bəzədilmiş, su və alovu imitasiya edən neft buruğu, çəllək və uzun xalça  quraşdırılmışdır. Bu 2010-cu ildə Meksika  körfəzində “Dipuoter-Horayzon” neft platformasında baş vermiş real hadisələr əsasında çəkilmiş, rejissor Piter Berqin ABŞ istehsalı fəlakət-filmidir.  Premyera tamaşaçıların alqışları ilə qarşılanmışdır.

Tədbirin sponsorları: Cinema Distribution, AMAPOLA EXCLUSIVE EVENTS və TNT.

Həmçinin qeyd etmək istəyirik ki, “CinemaPlus” kinoteatrlar şəbəkəsinə daxildir: “CinemaPlus 28 Mall”, “CinemaPlus Amburan Mall”  və  Gəncə şəhərində yerləşən “CinemaPlus Khamsa”.

“CinemaPlus” kinoteatrlar şəbəkəsi hər zaman sizlərə xoş sürprizlər etmək və kino tarixində olan ən yaxşı premyeralar ilə sevindirməyə hazırdır. Frame.az

14563487_1192441457466235_5058345652241850972_n 14469654_1192441697466211_577740674550881150_n 14495387_1192441810799533_1389130929238840302_n 14595695_1192441984132849_8118853039194617784_n 14502692_1192442134132834_4516926536898337404_n 14520439_1192442490799465_4457911769800286707_n 14563408_1192442757466105_7877675528737829645_n 14494664_1192443010799413_4406371146253146536_n

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: