“Don Marleone” filminin treyleri təqdim olunacaq

Azərbaycanlı rejissor Elmar Bayramov tərəfindən ilk dəfə olaraq action və triller janrında çəkilən “Don Marleone” filminin 29 mart saat 12.00-da “Park Bulvar” AVM-də təqdimat mərasimi keçiriləcək.

“Don Marleone” naməlum şəxslər tərəfindən yaralanan atasının cinayətini araşdıran və cinayətkarları tapmağa çalışan gəncin başına gələn hadisələrdən bəhs edir. Bu film məhşur “Xaçatası” filminə parodiya olduğu üçün bəzi hərəkətlərdə komedik elementlərə də rast gəlmək olur.

Filmdə baş rolda tanınmış model, “Best Model of the World 2007” yarışmasının qalibi Rüstəm Cəbrayılov çəkilib.

Ssenari müəllifi Rəşad Süleymanoğludur. Ekran əsərində Natəvan Əfəndiyeva, Sain Fərhad, Murad Abdullayev, Əlibəy Məmmədli, Nofəl Şahlaroğlu, Ayşad Məmmədov, Azər Aydəmir, Bəhram Bağırzadə və başqaları rol alıb. Filmin quruluşçu rejissoru, Kapoeyra federasiyasının vitse-prezidenti Elmar Bayramovdur. O bundan öncədə aksion səhnələri ilə tamaşaçıları heyran edib. Peşəkar idmançı olan E.Bayramov filmin döyüş səhnələrində çəkilib.

Qeyd edək ki, filmin çəkilişi Azərbaycanın müxtəlif məkanlarında, eləcədə İtaliyada keçirilib. Frame.az 

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: