Dövlət Turizm Agentliyi “Yanardağ” qoruğuna mediatur təşkil edib

İyunun 13-də Dövlət Turizm Agentliyi ölkə kütləvi informasiya vasitələrinin 40-a yaxın əməkdaşının iştirakı ilə “Yanardağ” Dövlət Tarix və Mədəniyyət Qoruğuna mediatur təşkil edib.

Mediaturun məqsədi aparılan əsaslı bərpa və yenidənqurma işlərindən sonra yeni konsepsiyaya uyğun olaraq qurulan “Yanardağ” qoruğu barəsində ictimaiyyəti məlumatlandırmaqdır.

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev jurnalistlərə qoruğun yeni quruluşu və qoruq üçün gələcəkdə nəzərdə tutulan planlar haqda ətraflı məlumat verib, onların maraq doğuran suallarını cavablandırıb.

Jurnalistlərə qoruq bələdçiləri tərəfindən dolğun informasiya verilib.

İyunun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə əsaslı şəkildə təmir və bərpa olunan “Yanardağ” Dövlət Tarix və Mədəniyyət Qoruğunun açılış mərasimi baş tutub.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: