Dövlət Turizm Agentliyinin kollektivi vaksinasiya olunub

Aprelin 9-da Dövlət Turizm Agentliyinin kollektivi koronavirusa qarşı vaksinasiyadan keçib.

Frame.az xəbər verir ki, könüllü şəkildə vaksinasiyadan keçmək istəyən agentliyin əməkdaşları həkim yoxlanışından sonra M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Kliniki Xəstəxanasında peyvənd olunub.

Vaksinasiyada Çin istehsalı, “Sinovac” şirkətinin “CoronaVac” vaksinindən istifadə olunub.

Vaksinasiya zamanı Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirib ki, bütün dünyada peyvənd çatışmazlığının olduğu bir dövrdə vətəndaşların vaksinasiya edilməsi ölkə rəhbərliyinin bu sahəyə diqqətinin və qayğısının göstəricisidir.

Agentlik sədri pandemiya ilə mübarizə istiqamətində ölkəmizdə görülən tədbirlər çərçivəsində hər kəsi yaradılan bu şəraitdən istifadə etməyə çağırıb.

O əlavə edib ki, turizmin canlanması və təhlükəsiz səyahətlər üçün vaksinasiyanın aparılması ən məqsədəuyğun addımdır.

 

 

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: