IqtisadiyyatTəqdimatƏn Son

Dövlət Agentliyində cari ilin ilk 9 ayının nəticələri müzakirə olunub

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində 2019-cu ilin ilk 9 ayının nəticələrinə, həmçinin ictimai rəyin öyrənilməsinə dair təqdimat keçirilib.

İclasda Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, struktur bölmələrin rəhbərləri, “ASAN xidmət” mərkəzlərinin direktorları iştirak ediblər.

Dövlət Agentliyinin Nəzarət və qiymətləndirmə şöbəsi tərəfindən həyata keçirilən təqdimat zamanı vətəndaş müraciətlərinin “ASAN xidmət” mərkəzləri, o cümlədən müvafiq xidmətlər üzrə bölgüsünə, mərkəzlərin fəaliyyəti ilə bağlı təklif və şikayətlərə dair statistik  nəticələr dinlənilib, ictimai rəyin ətraflı təhlili barədə məlumatlar təqdim olunub.

Həmçinin vətəndaş məmnunluğunun daha da artırılması istiqamətində perspektiv plan və layihələr barədə məlumat verilib.

Sonda müvafiq istiqamətlər üzrə işin təkmilləşdirilməsi ilə bağlı qərarlar verilib.

Frame.az

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!