EventsMusiqiTəqdimat

Dövlət Filarmoniyasında “Muğam gecəsi” keçiriləcək

Yanvarın 16-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında tamaşaçılara “Muğam gecəsi” adlı konsert proqramı təqdim olunacaq.

Musiqili gecə Azərbaycan televiziyasının “Mədəniyyət” kanalı və Azərbaycan Dövlət Filarmoniyasının birgə təşkilatçılığı ilə gerçəkləşəcək.

Gecədə istedadlı gənc ifaçılar AzTV-nin Əhsən Dadaşov adına “Xatirə” Xalq Çalğı Alətləri Ansamblının müşayiəti ilə muğamlarımızla yanaşı, xalq və bəstəkar mahnılarını da səsləndirəcəklər.

Ansamblın bədii rəhbəri tanınmış dirijor Adil Bağırovdur.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!