EventsTəqdimat

Dövlət Rəssamlıq Akademiyasının tələbələrinin tədris-təcrübə məşğələləri başlandı

16 dekabr 2016-cı il tarixindən etibarən Azərbaycan Xalça Muzeyində Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “Sənətşünaslıq” və “İncəsənət əsərlərinin bərpası və ekspertizası” ixtisasları üzrə təhsil alan tələbələrinin tədris-təcrübə məşğələlərinə başlanmışdır.

Bu məqsədlə muzey əməkdaşları tərəfindən tədris-təcrübə proqramı tərtib olunmuşdur. Məşğələ ərzində tələbələr Ekspozisiya, Mədəniyyət və təhsil, Bərpa və konservasiya və Fond şöbəsinin fəaliyyəti ilə yaxından tanış olurlar.

Tədris-təcrübə məşğələləri  30 dekabr tarixinədək davam edəcək.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!