Dr. Günel Ümid gənclərlə maarifləndirici görüş keçirib

09 Dekabr tarixində Sosial Biznes Gənclər Mərkəzi Baku IdeaLab dəstəyi ilə “Beynimizi necə inkişaf etdirək” mövzusuna aid növbəti tədbirini həyata keçirib.

Hörmətli təlimçimiz, nevroloq, pediatr Dr.Günel Ümid təlimdə beyin anlayışı, beynin vəzifə və funksiyaları, beynin sağlam qidalanması, beynimizi daima inkişaf etdirmək yolları haqqında interaktiv şəkildə çıxış edib.

Sonda isə Günel xanım iştirakçıları maraqlandıran sualları cavablandırıb.

Pozitiv, aktiv və səmimi anlarla dolu tədbirin həyata keçirilməsində bütün dəstək olanlara və iştirakçılara təşəkkürlərimizi bildiririk.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: