Dr.Səbinə Mirzəyevadan xanımlar üçün faydalı məsləhətlər

Konfransda iştirak etmək istəyən hamilə xanımların nəzərinə!

Dr. Səbinə Mirzəyevanın təşəbbüsü ilə 2 aprel, saat 16:00-da “Fairmont Baku” otelində konfrans keçiriləcək.

Konfransda iştirak edəcək aparıcı mütəxəssislər:

Baku Medical Plaza Qadın xəstəlikləri və doğum şöbəsinin cərrah mama-ginekoloqu Dr. Səbinə Mirzəyeva

Baku Medical Plaza Endokrinologiya şöbəsinin müdiri, endokrinoloq Dr. Hidayət Məmmədzadə

Azərbaycan Tibb Universitetinin Terapiya Klinikasının həkim-dietoloqu Dr. Dyt. Tutu Zeynalova

Narınc Uşaq Psixologiya Mərkəzinin rəhbəri, klinik psixoloq Narınc Rüstəmova

Konfransın əsas məqsədi hamilə xanımları maraqlandıran bütün mövzularda aparıcı mütəxəssislərlə birgə fikir mübadiləsi aparmaq, hamilə xanımların suallarını cavablandırmaq və tibb elminin sağlam hamiləlikdəki son yeniliklərini müzakirə etməkdir.

Konfransda iştirak etmək istəyənlər (050) 406 10 60 nömrəsinə zəng etməli və qeydiyyatdan keçməlidirlər.

Konfrans ödənişsizdir.

Tel: (+994) 50 406 10 60

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: