Dünya mediası Bakıda keçirilən Formula 1 Azərbaycan Qran-Prisindən yazır

Rumıniyanın və Bolqarıstanın milli xəbər agentlikləri AGERPRES və BTA, eyni zamanda “hotnews.ro” və “sportal.bg” portalları Bakıda keçirilən Formula 1 Azərbaycan Qran-Prisi ilə bağlı xəbərlərə geniş yer ayırıblar. Yarışın gedişi, cəlbediciliyi, pilotlar, burada olan yeniliklər barədə məlumatlar, şəkillər və videolar yayıblar.

Frame.az xəbər verir ki, məlumatlarda Azərbaycan Qran-Prisinin qalibi adını “Mercedes” komandasının sürücüsü Luis Hamiltonun qazandığı, bu qələbə sayəsində onun Formula 1 üzrə dünya çempionatında liderliyə yüksəldiyi qeyd edilir. Formula 1 üzrə dünya çempionatının beşinci mərhələsinin mayın 11-13-də İspaniyanın Barselona şəhərində keçiriləcəyi də oxucuların diqqətinə çatdırılır.

Çin avtomobil idmanı həvəskarları da Formula 1 Azərbaycan Qran-Prisini böyük maraqla izləyiblər.

Çinin kütləvi informasiya vasitələri Formula 1 Azərbaycan Qran-Prisi haqqında geniş reportajlar yayıblar.

Rəsmi xəbər agentliyi Sinxua ilə yanaşı, Çin Mərkəzi Televiziyasının idman kanalı CCTV5, nüfuzlu idman qəzetləri və portallarından www.lesports.comwww.sports.eastday.comwww.hinews.cnwww.sports.sina.com.cnwww.sports.163.comwww.f1.sports.sohu.com və digər kütləvi informasiya vasitələri Azərbaycan trekinin özünəməxsusluğundan, gərgin keçən mübarizədə “Mercedes” komandasının britaniyalı pilotu Luis Hamiltonun qələbəsindən söz açıblar.

Qeyd olunub ki, Bakı trekinin uzunluğu 6 kilometr, ümumu məsafəsi isə 306 kilometrdir. Təhlükəsizliyin ən yüksək səviyyədə təmin olunduğu Bakı treki ən sürətli yarışlar kateqoriyasına daxildir. Trekin ən geniş yerinin eni 13, ən dar hissəsinin eni isə İçərişəhər ətrafında 7,6 metr təşkil edir.

Çin mətbuatı yazır ki, Bakı treki yarışı tribunadan və televiziya efirindən izləyənlərin şəhərin memarlıq abidələrini görə bilmələrinə imkan yaradıb. Formula 1 Azərbaycan Qran-Prisi və Bakı haqqında fotosessiya ilə zəngin olan xəbərlərdə qeyd olunur ki, növbəti illərdə də Bakıda keçiriləcək bu yarış Azərbaycana turist axınının çoxalmasına müsbət təsir göstərəcək.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: